İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bu gün, 24 yanvar saat 11 üçün ipoteka kreditinin alınması ilə bağlı elektron müraciətlərin qəbulu elan olunmuşdu.
Müraciətlər Elektron Hökumət Portalında mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilməliydi.
Xeberler.az-ın əldə etdiy məlumatlara görə “Elektron ipoteka və kredit zəmanət sistemi” ndə yenidən problemlər yaranıb.
Çox sayda istifadəçilər müraciət üçün sistemə daxil ola bilmədiklərini, sistemin yarım saat ərzində işləmədiyini qeyd ediblər.
Hazırda sosial mediada gedən müzakirələrdən görünür ki, istifadəçilər eGov-da digər xidmətlərin aktiv olmasına baxmayaraq, müraciətlər başlanan anda "Elektron ipoteka və kredit zəmanət sistemi” xidmətindən istifadənin mümkünsüz olduğunu bildirirlər.
İpoteka və Kredit Zəmanət Fondu hələlik bununla bağlı, kirayə mənzil üçün bu gün keçirilən elektron müraciətlərin nəticələri haqqında açıqlama verməyib.
Xatırladıram ki, əvvəllər də bu sistemdə bir neçə dəfə bu cür çökmələr baş verib.
O zaman sistemin hazırlanması üçün nəzərdə tutulan böyük məbləğdə ictimai vəsaitlərdən səmərəsiz istifadə edilməsi, əlaqədar qurumların iştirakı ilə sistemin auditinin keçirilmədiyi haqqında məlumatlar verilmişdi.
Bu sistemin hazırlanması üçün İpoteka və Kredit Zəmanət Fondu tərəfindən CyberNet şirkətinə bir neçə dəfə milyonlarla vəsait ödənilib.
Ümid edirəm eGov sahəsində yeni səlahiyyətli qurum olan RİNN və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də baş verənlərə aydınlıq gətirəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri