“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024 / 16:30
“Rəqəmsal resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır”.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü deyib. Onun sözlərinə görə, eyni zamanda E-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir:

“Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunması təmin edəcək. Belə ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə