Azərbaycanda elektron ticarət əməliyyatları "Bir Pəncərə" İnformasiya Sisteminə inteqrasiya olunacaq.
Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında deyib.
"Hazırda Azərbaycanda idxal, ixrac və tranzit əməliyyatları üzrə elektron platformalar fəaliyyət göstərir, lakin onlar müəyyən mənada fraqmentləşmiş xarakter daşıyır. "Bir Pəncərə" İnformasiya Sisteminin əsas üstünlüyü odur ki, indiyə qədər müxtəlif platformalarda mövcud olan bütün funksionallıqlar vahid sistemdə birləşdiriləcək. Məsələn, bu gün vətəndaşlar elektron ticarət sahəsində sifarişlərini müxtəlif platformalar vasitəsilə rəsmiləşdirirlər. Gələcəkdə isə bu xidmətlər "Bir Pəncərə" İnformasiya Sisteminə inteqrasiya olunacaq. Beləliklə, vətəndaşlar Amazon, Temu və digər elektron ticarət platformaları üzərindən həyata keçirdikləri idxal, ixrac və digər analoji əməliyyatları vahid platforma vasitəsilə icra edə biləcəklər", - deyə o qeyd edib.
Bundan başqa, şöbə müdiri deyib ki, hazırda 30-dan çox dövlət qurumu "Bir Pəncərə" sisteminə inteqrasiya olunub: "Bir Pəncərə" sisteminin əsas yanaşması ondan ibarətdir ki, bütün dövlət qurumları ilə bağlı əməliyyatlar və prosedurlar vahid platforma üzərindən həyata keçirilsin. Vahid ixrac proseduru artıq funksional sistem kimi fəaliyyət göstərir. Bu prosedur çərçivəsində pilot rejimdə ilk ixrac əməliyyatları həyata keçirilib. Yəni proseslər tam şəkildə "Bir Pəncərə" İnformasiya Sistemində başlayır və elə həmin platformada da tamamlanır. İlin sonuna qədər sistemin funksionallığının daha da genişləndirilməsi, həmçinin bu yanaşmanın mərhələli şəkildə idxal və tranzit əməliyyatlarına da tətbiq edilməsi nəzərdə tutulur".
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları