Previous Next
Bağla

Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

10-03-2026 21:02
Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

Ankarada Azərbaycan – Türkiyə arasında həyata keçirilən e-CMR (Elektron Əmtəə-Nəqliyyat Qaiməsi) üzrə pilot layihəyə dair texniki görüş təşkil olunub.

Xeberler.az bildirir ki, tədbirdə Azərbaycanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi, “AzInTelecom” MMC və layihənin icrasına cəlb olunan şirkətin nümayəndələri təmsil ediblər. Türkiyə tərəfindən isə Prezident Administrasiyası, Nəqliyyat və İnfrastruktur Nazirliyi, Ticarət Nazirliyi, BTK, TOBB, TOBBUND və ITECH nümayəndələri iştirak ediblər.

Görüşdə 2008-ci il tarixli CMR Konvensiyasının Elektron Protokolu çərçivəsində beynəlxalq yükdaşımalara aid sənədlərin tam rəqəmsal formata keçirilməsi üçün tələb olunan texniki və institusional mexanizmlər müzakirə edilib. Həmçinin indiyədək görülən işlər üzrə təqdimatlar edilib, e-CMR sistemində məlumat sahələrinin UN/CEFACT standartlarına uyğunlaşdırılması, transsərhəd sənədlərdə elektron imzaların qarşılıqlı istifadəsi və onların doğrulanması mexanizmləri, sistemlər arasında texniki əlaqələndirmə və pilot test daşımalarının həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.

Məlumat verilib ki, Azərbaycan Prezidentinin 15 dekabr 2025-ci il tarixli “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq xarici ticarət fəaliyyəti ilə bağlı sənədlərin “Bir pəncərə” prinsipi əsasında rəqəmsal idarə edilməsi nəzərdə tutulur. Bu vahid rəqəmsallaşma ekosisteminin mühüm elementlərindən biri də e-CMR sistemi olacaq.

Görüşdə tərəflər texniki inteqrasiya işlərinin davam etdirilməsi və seçilmiş daşıyıcılar üzrə pilot e-CMR daşımalarına başlanılması qərarına gəliblər.

Qeyd edək ki, e-CMR üzrə pilot layihənin həyata keçirilməsi barədə razılıq BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes üzrə Mərkəzinin (UN/CEFACT) əməkdaşlığı çərçivəsində Orta Dəhliz üzrə yaradılan İşçi qrupunun 2025-ci ildə Bakı və Cenevrə görüşlərində əldə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yük daşıyıcılar yeni elektron xidmətdən istifadə edəcəklər

Yük daşıyıcılar yeni elektron xidmətdən istifadə edəcəklər

16-11-2022
Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb

Azərbaycan və Rusiya arasında "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb

16-04-2026
Azərbaycanda logistika və nəqliyyatın rəqəmsallaşdırılması müzakirə olunub

Azərbaycanda logistika və nəqliyyatın rəqəmsallaşdırılması müzakirə olunub

08-06-2026
RİNN-də yaradılan Texniki Komitənin növbəti iclası keçirilib

RİNN-də yaradılan Texniki Komitənin növbəti iclası keçirilib

03-10-2025
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021
“Azexport.az” portalı “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək

“Azexport.az” portalı “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək

04-03-2021
“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024
Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022
Azərbaycan və İran nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və İran nümayəndələri arasında görüş keçirilib

21-10-2025
Azərbaycan və Türkiyə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edib

Azərbaycan və Türkiyə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edib

30-09-2019
Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində enerji sistemində yeni mexanizmlər tətbiq edilir

Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində enerji sistemində yeni mexanizmlər tətbiq edilir

23-02-2026
Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib   

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022
"Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır

"Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır

03-06-2026
Elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib

Elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib

23-02-2024
Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

21-06-2018
Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

25-05-2018
Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025
“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

16-12-2025
Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026
"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026
Qazaxıstan-Çin sərhədində “Ağıllı gömrük” pilot layihəsinə start verilib

Qazaxıstan-Çin sərhədində “Ağıllı gömrük” pilot layihəsinə start verilib

23-07-2025
ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə