Previous Next
Bağla

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017 14:43
 Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

"Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nda daha öncə test olaraq fəaliyyət göstərən elektron gömrük bəyannamələrinin doldurulması real vaxt rejimində həyata keçirilməyə başladı. 

Xeberler.az quruma istinadən məlumat verir ki, bunun üçün ixracatçı ASAN imza və ya elektron imza ilə Rəqəmsal Ticarət Qovşağının saytından (https://dth.azexport.az/) daxil olaraq elektron gömrük bəyannaməsini doldura bilər.

Rəqəmsal Ticarət Qovşağının üstünlüyü ondan ibarətdir ki, bütün xidmətlər “Bir pəncərə”dən təqdim olunur. Azexport portalının nəzdində olan “Bir pəncərə” Azərbaycan sahibkarları ilə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir. Beləliklə, daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirən sahibkarlar bir pəncərə əsasında e-İxracın imkanlarından yararlanacaqlar.

Hazırda e-İxraca inteqrasiya olunan dövlət orqanları real vaxt rejimində məlumat mübadiləsini təşkil edir. e-İxrac aşağıdakı sertifikatların verilməsini təmin edir: beynəlxalq baytarlıq sertifikatı, fitosanitar sertifikat, keyfiyyət sertifikatı, mənşə sertifikatı,kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsi.

Eyni zamanda, ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsi də portal vasitəsilə həyata keçirildiyi üçün gələcəkdə bu hesablaşmaların aparılması asanlaşacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanı əsasında yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Rəqəmsal Ticarət Qovşağı yaradır-Fərman

24-02-2017

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

14-02-2018

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

28-09-2016

İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunub

25-12-2018

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

28-08-2018

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

16-09-2019

İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

19-09-2018

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

18-12-2018

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

21-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə