Azərbaycanda "Rəqəmsal Ticarət Qovşağı" informasiya sistemi yaradılır.
Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, infrastruktur layihələri Azərbaycanın regionda tranzit mərkəzi kimi rolunu daha da gücləndirir: "Lakin aydındır ki, ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin dayanıqlılığı və rəqabətqabiliyyətliliyi təkcə fiziki infrastrukturdan deyil, həm də rəqəmsallaşma səviyyəsindən asılıdır. Məhz bu səbəbdən nəqliyyat sistemində rəqəmsal həllərin və prosedurların tətbiqi istiqamətində işlər davam etdirilir".
O qeyd edib ki, bu sahədə mühüm addımlardan biri 2025-ci ilin sonunda idxal, ixrac, tranzit və logistika prosedurlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan Prezident Fərmanının qəbul edilməsi olub: "Fərman kağızsız prosedurların tətbiqi, rəqəmsal platformaların inteqrasiyası, eləcə də nəqliyyat-logistika zəncirində iştirak edən bütün tərəflərin vahid sistemdə birləşdirilməsi üçün güclü hüquqi və institusional baza formalaşdırır. Hazırda həmin fərman çərçivəsində "Rəqəmsal Ticarət Qovşağı" (Vahid Pəncərə) informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. Bu sistem ekspeditorları, yük sahiblərini, dövlət qurumlarını və biznes subyektlərini vahid rəqəmsal mühitdə bir araya gətirəcək".
O qeyd edib ki, sistem dörd moduldan ibarət olacaq: "Onlardan ikisi artıq fəaliyyətdədir, digər iki modul isə işlənilmə mərhələsindədir. Sistem "vahid pəncərə" prinsipinə uyğun olaraq nəqliyyat prosedurları zamanı bürokratiyanı azaltmağa, təkrarlanmanı aradan qaldırmağa və malların ticarət hərəkətini asanlaşdırmağa imkan verəcək. Bu bizə nəqliyyat prosedurlarını izləmək, darboğazları (problemli nöqtələri) müəyyən etmək və real vaxt rejimində bu darboğazları aradan qaldırmaq imkanı verəcək. Bundan əlavə, sistem hazır olduqdan sonra bu sistemi dəhliz boyu mövcud olan sistemlərlə, mövcud platformalarla inteqrasiya etmək mümkün olacaq ki, bu da öz növbəsində bizə ərazimizdən keçən nəqliyyat dəhlizlərinin səmərəliliyini və proqnozlaşdırıla bilənliyini artırmaq imkanı verəcək."
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları