“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020 / 17:04

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının tərəfdaşlığı ilə ixracatçı sahibkarlara Rusiya bazarında “Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda onlayn müzakirə keçirilib.

Xeberler.az məlumat verir ki, müzakirə zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti, funksionallığı barədə sahibkarlara ətraflı məlumat verib. Portalın yerli malların vahid məlumat bazası,rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi təcrübəsi maraqla qarşılanıb. Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının elektron ticarətin inkişafı Şurası ilə Azexport portalı arasında tətbiq olunan uğurlu yeni elektron nümunələrin qarşılıqlı hər iki ölkədə tanıdılmasına dair ilkin razılıq əldə olunub. Əməkdaşlığın davamlı olması üçün bu istiqamət üzrə fəaliyyət göstərən azərbaycan-rus ixracatçılarının iştirakı ilə birgə seminarların keçirilməsi zəruri hesab olunub.

Qeyd edək ki, onlayn müzakirə Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət Nümayəndəsinin Aparatının, Azərbaycan Beynəlxalq Bankının təmsilçilərinin, Azərbaycan və Rusiya iş adamlarının iştirakı ilə keçirilib. Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev müasir dövrdə elektron ticarətin mal və xidmətlərin həm daxili, həm də xarici bazarlardakı istehlakçılara çatdırılması ilə bağlı artan rolu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Azərbaycan Beynəlxalq Bankının aparıcı mütəxəssisi Nicat Cəfərov isə sahibkarları müvafiq bank məhsulları haqqında məlumatlandırıb.

Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında elektron ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, ixracatçıları maraqlandıran suallar cavablandırılıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.