Previous Next
Bağla

Əli Əsədov: Azərbaycan rəqəmsal texnologiyaları fəal tətbiq edir

29-09-2025 21:43
Əli Əsədov: Azərbaycan rəqəmsal texnologiyaları fəal tətbiq edir

Sentyabrın 28-də Minskdəki BELEXPO Beynəlxalq Sərgi Mərkəzində “Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesini yaradarkən” mövzusunda plenar iclas keçirilib.

Xeberler.az məlumat verir ki, plenar iclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Müstəqil Dövlətlər Birliyinin digər hökumət başçıları “İnnoprom Belarus” beynəlxalq sənaye sərgisinə birgə baxış keçiriblər.

Plenar iclasda çıxış edən Əsədov Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün rəqəmsallaşma və texnoloji transformasiyanın vacibliyini vurğulayıb.

Baş nazir qeyd edib ki, Dördüncü Sənaye İnqilabı dövründə texnoloji tərəqqi iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə mühüm təsir göstərir. Onun sözlərinə görə, davamlı inkişaf texnoloji trendləri strateji cəhətdən yönləndirmək bacarığından birbaşa asılıdır.

“Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların iqtisadiyyata tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir”, - deyən Baş nazir ölkənin beş milli strateji prioritetindən birinin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsi olduğunu vurğulayıb.

Ə.Əsədov milli təşəbbüslər, o cümlədən “Rəqəmsal İnkişaf Konsepsiyası”, “Süni İntellekt Strategiyası” və “2025–2028-ci illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası” barədə ətraflı məlumat verib. Bu sənədlər biznesin rəqəmsal infrastrukturunun gücləndirilməsinə və texnoloji uyğunlaşmanın sürətləndirilməsinə yönəlib, həmçinin qlobal texnoloji tendensiyaları nəzərə almaqla biznes, hökumət və cəmiyyət arasında sinerji yaratmağa xidmət edir.

Baş nazir Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı şəbəkəsinin 24 qlobal mərkəzindən biri olan Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzinin rolunu xüsusi vurğulayıb və bu mərkəzin ölkənin texnoloji transformasiyasına verdiyi töhfəni diqqətə çatdırıb.

Ə.Əsədov qeyd edib ki, son on ildə Azərbaycanda sənayeləşmə təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli olaraq həyata keçirilir. O bildirib ki, sənaye zonalarının inkişafı, investisiyaların təşviqi və texnologiyanın mənimsənilməsi innovasiyaları və ixracyönümlü artımı təşviq edən ekosistemlər yaradır.

Baş nazir Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlərin beynəlxalq aləmdə tanındığını da plenar iclas iştirakçılarının diqqətinə çatdırıb. O əlavə edib: “Dövlət Neft Şirkətinə məxsus “Petkim” və “STAR” zavodları rəqəmsallaşmış ən qabaqcıl sənaye obyektləri arasında Dünya İqtisadi Forumunun nüfuzlu mükafatına layiq görülüb”.

Plenar iclas iştirakçılarına qabaqcıl texnologiyaların tətbiqi və sənaye müəssisələrinin səmərəliliyinin artırılması məqsədi daşıyan Sənaye 4.0 Hazırlıq Proqramının icrası barədə məlumat verilib.

Ə.Əsədov, həmçinin sənayenin uğurlu transformasiyası üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hökumətə təqdim edilib

11-07-2025

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib

23-02-2022

Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

11-07-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

Nazir müavini: Rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi prioritetdir

02-12-2025

Baş nazir beynəlxalq rəqəmsal forumda iştirak edib

31-01-2025

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

26-09-2025

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026

Baş nazir: Azərbaycan rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir

31-01-2025

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə