Previous Next
Bağla

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026 20:52
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) yanvarın 19-dan 23-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (DİF) 56-cı İllik Toplantısında təmsil olunacaq.

Xeberler.az məlumat verir ki, illik toplantının məqsədi qlobal dialoq vasitəsilə iqtisadi inkişafın sürətləndirilməsi, enerji keçidinin dəstəklənməsi, rəqəmsal transformasiyanın genişləndirilməsi və uzunmüddətli dayanıqlılıq üzrə birgə həllərin formalaşdırılmasıdır.

4SİM DİF-in Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycandakı mərkəzi olaraq MDB regionunda ilk, dünya üzrə isə 24 mərkəzdən biridir. Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal iqtisadiyyat, Sənaye 4.0 və enerji transformasiyası sahələrini əhatə edən 15-dən çox birgə təşəbbüs həyata keçirilir.

Forum çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: süni intellekt əsaslı sənaye” mövzusunda sessiya təşkil olunacaq. Müzakirələr enerji sektorunda süni intellekt və rəqəmsal texnologiyaların sənaye miqyasında tətbiqi, əməliyyat səmərəliliyinin artırılması və aşağıkarbonlu keçidin sürətləndirilməsi məsələlərinə həsr olunacaq.

4SİM-in icraçı direktoru Fariz Cəfərov Davosda Estoniya hökuməti tərəfindən təşkil olunan “Govtech-in geniş miqyasda tətbiqi: keçmişi sadəcə rəqəmsallaşdırmaq deyil, süni intellekt dövrünü idarə etmək” və “Proseperity Path” şirkəti tərəfindən təşkil olunan “Enerji sistemlərinin transformasiyası: süni intellekt, data mərkəzləri və enerji saxlanma həlləri” adlı sessiyalarda spiker qismində çıxış edəcək.

Davos Forumu bu il 130 ölkədən 3000-dən çox iştirakçını, o cümlədən 60 dövlət və hökumət başçısını, 900-dən çox şirkət rəhbərini, 1600 biznes liderini, eləcə də beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Forum çərçivəsində ümumilikdə 194 sessiyanın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 4SİM DİF-in beş əsas mərkəzi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində DİF-in rəsmi platformalarında 5 birgə hesabat dərc olunub, həmçinin 10-dan çox birgə beynəlxalq tədbir təşkil edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

DİF: “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir”

30-01-2025

4SİM “Payız İqtisadi Forumu”nda təmsil olunub

04-12-2025

4SİM GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

11-06-2025

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

12-05-2026

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

Süni intellekt əsaslı təşəbbüs şəhər enerjisinin idarə edilməsini yaxşılaşdıracaq

22-01-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

26-07-2022

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

Azərbaycanın süni intellekt layihəsi gələn il Davos forumunda təqdim olunacaq

30-05-2025

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə