Previous Next
Bağla

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025 21:52
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşmasının texniki-texnoloji problemlərinin tədqiqi və perspektiv istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

Xeberler.az məlumat verir ki, elmi seminarda şöbə müdiri professor Əlövsət Əliyev mövzuya dair çıxış edərək, rəqəmsal iqtisadiyyatın inkişafının müasir cəmiyyətin və dövlətlərin iqtisadi transformasiyasını sürətləndirən əsas amillərdən biri olduğunu vurğulayıb. O, rəqəmsal iqtisadiyyatın infrastrukturunun formalaşmasının süni intellekt, “Big Data”, 5G, bulud, əşyaların interneti, blokçeyn və digər rəqəmsal texnologiyaların effektiv tətbiqindən asılı olduğunu diqqətə çatdırıb, bu istiqamətdə tədqiqatların əhəmiyyətinə toxunub.

Sonra məruzəni təqdim edən institutun böyük elmi işçisi dosent Roza Şahverdiyeva rəqəmsal iqtisadiyyatın məqsədinin cəmiyyətin iqtisadi həyatının bütün sahələrində rəqəmsal texnologiyaların sistemli tətbiqini və inkişafını təşkil etmək olduğunu diqqətə çatdırıb.

Mövzunun aktuallığından bəhs edən böyük elmi işçi sürətli rəqəmsal transformasiyanın iqtisadiyyatın əsas elementlərinə dərindən nüfuz edərək yeni biznes modelləri, innovativ texnologiyalar və səmərəliliyi artıran sistemlər formalaşdırdığını bildirib. Əlavə edib ki, Sənaye 4.0 texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın müxtəlif sektorlarının rəqəmsallaşdırılması, rəqəmsal inkişaf çərçivəsində rəqəmsal ekosistemin qurulması, innovativ ekosistemin inkişafına dəstək, innovasiya mərkəzlərinin yaradılması, rəqəmsal savadlılığın artırılması, dövlət qurumları əməkdaşlarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal inkişafın idarə olunması, əlaqələndirilməsi və tənzimləmə mexanizmlərinin formalaşdırılması və s. mövzunun aktuallığını şərtləndirir.

Məruzəçi rəqəmsal iqtisadiyyatın ən geniş yayılmış növünün e-ticarət olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, rəqəmsal iqtisadiyyatın xüsusiyyətlərinə onun formalaşmasının əsas dayaq prinsipləri, əsas komponentləri, hərəkətverici qüvvələri, ənənəvi iqtisadiyyatdan fərqləri və üstünlükləri, müasir texniki-texnololoji problemlərin konseptual həll mexanizmləri, müasir infrastrukturun formalaşması üzrə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi məsələləri daxildir.

Dosent R.Şahverdiyeva rəqəmsal iqtisadiyyatın infrastrukturunun texniki və texnoloji infrastrukturu barədə məlumat verib. “Milli rəqəmsal iqtisadiyyatın infrastrukturunun formalaşmasının texniki-texnoloji problemlərinin həlli innovativ yanaşmaların tətbiqini tələb edir”, - deyə məruzəçi bildirib. O, milli rəqəmsal iqtisadiyyatın inkişafı üçün təkmilləşdirilmiş texnoloji infrastrukturun yaradılması, dövlətin rəqəmsal idarəetməyə keçidi, o cümlədən rəqəmsal təhlükəsizlik sahəsində innovativ həllərin tətbiqinin əsas strateji hədəflərdən olduğunu əlavə edib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

28-11-2019

İnformasiya Texnologiyaları İnstitutunda cəmiyyətin inklüziv inkişafı problemləri araşdırılıb

27-02-2019

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015

İKT infrastrukturu mövzusunda beynəlxalq seminar keçirilib

23-05-2019

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

29-11-2022

Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

26-09-2025

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

Texnoparkların idarə olunması ilə bağlı elmi seminar keçirilib

30-03-2016

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

İqtisadiyyat Nazirliyində “Haimaker” şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

10-04-2026

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq

12-12-2025

“Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” monoqrafiyası nəşr olunub

19-11-2024

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə