AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub.
Xeberler.az bildirir ki, tədbirdə bu barədə AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar idarəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva çıxış edib.
İlk öncə Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamını xatırladan Dilquşa Mirzəyeva vurğulayıb ki, həmin Sərəncamın icrası məqsədilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən “Elmi Kadrlar” Milli İnformasiya Sistemi hazırlanıb.
Onun sözlərinə görə, həmin sistemin yaradılması Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, bütövlükdə isə elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin hazırlanması məqsədlərini özündə ehtiva edir.
İclasda həmçinin bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında sistemin istismarını həyata keçirəcək administrator və istifadəçilər üçün təlimatlar hazırlanıb, informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar İnformasiya Texnologiyaları İnstitutunda müəssisələrin direktor müavinləri, elmi katibləri və kadrlar şöbələrinin rəhbərləri üçün təlim-seminarları keçirilib. Sistemə daxil edilən məlumatların dürüstlüyünə nəzarəti təmin etmək məqsədilə elmi müəssisə və təşkilatlarda məsul şəxslər təyin olunmuş və onlarla zəruri təlimat işləri aparılıb. Ötən müddət ərzində sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün işlər davam etdirilmiş və lazımi texniki dəstək göstərilib. Hazırda sistemdə elmi kadr profil məlumatlarının yenilənməsi işləri davam etdirilir.
D.Mirzəyeva qeyd edib ki, FRTEB-in elmi müəssisələrində çalışan 972 nəfər elmi əməkdaşın 810 nəfəri artıq “Elmi Kadrlar” Milli İnformasiya Sistemində qeydiyyatdan keçib. Hazırda 296 nəfər əməkdaşın məlumatları təsdiqlənmə prosesindədir. 494 nəfərin məlumatları çalışdıqları elmi müəssisə tərəfindən sistemdə öz təsdiqini tapıb. O, AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlumatların mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sistemlərə inteqrasiya olunması və vahid sistemin yaradılması zəruriliyini nəzərə alaraq, elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodoloji dəstək verilməsi ilə əlaqədar seminar-məşğələlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonda Elmi Kadrlar” Milli İnformasiya Sisteminin istismar vəziyyəti ilə əlaqədar bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri