Previous Next
Bağla

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022 10:28
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev FRTEB-in Ümumi yığıncağının onlayn iclasında son dövrlərdə AMEA-da aparılan islahatlar çərçivəsində FRTEB-in elmi müəssisələrində çalışan əməkdaşların attestasiyasının nəticələrindən bəhs edib.

Xeberler.az-ın məlumatına görə, ademik bildirib ki, attestasiyanın keçirilməsində əsas məqsəd əməkdaşların peşəkarlıq səviyyəsinin monitorinqi, onların tutduğu vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi, elmi məhsuldarlğının və səmərəliliyinin yoxlanılmasıdır.

AMEA-nın elmi-texniki potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi məsələsinə toxunan alim Akademiyanın müəssisə və təşkilatlarında fəaliyyət göstərən yüksəkixtisaslı kadrların fəaliyyətinin qiymətləndirilməsi, beynəlxalq elmi bazalarda məqalələr dərc etdirən alimlərin əməyinin stimullaşdırılması, prioritet istiqamətlər üzrə aparılan tədqiqatlara dəstək göstərilməsinin əhəmiyyətindən danışıb.

“Əməkhaqlarında ciddi fərq olduğu üçün çoxlu sayda elmlər və fəlsəfə doktorları öz fəaliyyətini digər qurumlarda davam etdirirlər”, - deyən Rasim Əliquliyev əlavə edib ki, bu vəziyyətin yaranma səbəbləri dərindən araşdırılmalı, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Elmin maliyyələşdirilməsində yeni mexanizmlərin formalaşdırılması zərurətini diqqətə çatdıran akademik Rasim Əliquliyev elmi problem yönümlü ünvanlı maliyyələşməyə keçidin vacibliyini qeyd etdi.

Gənc, istedadlı kadrların elmə cəlb edilməsinin, müasir dövrün çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadrların hazırlanmasının AMEA-nın qarşısında duran əsas hədəflərdən olduğunu söyləyən vitse-prezident gənclərin müxtəlif dövlət proqramlarında iştirakının təmin edilməsi, onların xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alamaları, o cümlədən öz bilik və bacarıqlarını reallaşdırmaları üçün lazımi şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda akademik Rasim Əliquliyev FRTEB-in elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən əməkdaşların attestasiyasının nəticələrini diqqətə çatdırıb. Alim bu prosesin cari ilin sonuna kimi davam edəcəyini söyləyib, attestasiyanın şəffaf keçirilməsinin AMEA-nın gələcək inkişafı və fəaliyyətinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

“Bu gün hamımızın müəllimi internetdir”

04-06-2014

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

“Elmi Kadrlar” Milli İn­for­ma­siya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub

08-04-2021

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə