Elmir Vəlizadə: “Kiberdiplomatiyadakı təcrübə beynəlxalq hüquqi çərçivəyə çevrilməlidir”

25-09-2024 / 10:48

Kiberdiplomatiya sahəsində təcrübənin müsbət məqamlarının beynəlxalq hüquqi çərçivəyə çevrilməsi vacibdir.

Xeberler.az bildirir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Bakıda keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransında bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin 70 %-nin internətə çıxışının olması kiberdiplomatiyanın müasir dövrdə rolunu göstərir: "Bu istiqamətdə tərəfdaşlıq, əməkdaşlıq üçün ilkin şərt etibardır. Maraqlı tərəflər arasında etibarlı əlaqələr qloballaşan, qütbləşən dünyada məsələləri müzakirə etmək üçün mühüm əhəmiyyət kəsb edir. Növbəti addım müzakirələrin aparılması, mövqelərin, yanaşmaların və prinsiplərin müəyyənləşdirilməsidir. Bu əsasda fəaliyyət nəticəsində əldə olunmuş təcrübənin müsbət məqamlarının beynəlxalq hüquqi çərçivəyə çevrilməsi vacibdir".


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə