Previous Next
Bağla

Rəqəmli hökumətin yaradılması ilə bağlı konsepsiya hazırlanır

17-09-2019 12:40
Rəqəmli hökumətin yaradılması ilə bağlı konsepsiya hazırlanır

"Azərbaycanda rəqəmli hökumətin yaradılması ilə bağlı konsepsiya işlənilir". 

Xeberler.az bildirir ki, bunu Bakıda keçirilən "IDC Rəqəmsal Transformasiya Roadshow 2019" adlı tədbirdə çıxış edərkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda ölkə başçısı "hökumət bulud"un yaradılması ilə bağlı konsepsiyanı təsdiq etdi və hazırda onun keçid proqramı hazırlanır. 

"Söhbət miqrasiya prosesini əhatə edəcək proqramdan gedir. Bildiyiniz kimi, bu gün Azərbaycanda rəqəmli transformasiya prosesi gedir. Digər sahələrdə qəbul olunan sənədlərin də demək olar ki, hamısında məhz rəqəmli transformasiyanın əsas komponentləri öz əksini tapıb. Hesab edirik ki, Azərbaycanın bu istiqamətdə apardığı fəaliyyət tam şəkildə beynəlxalq təcrübəyə uyğundur və biz də bu transformasiyanı həyata keçirməklə ölkəmizin inkişafına xidmət edəcək rəqəmli inkişafımızı təqdim etməklə, həm ölkənin inkişafina nail ola bilirik, eyni zamanda, ətrafımızda olan ölkələrlə layiqli tərəfdaş olduğumuzu nümayiş etdiririk",- deyə E Vəlizadə qeyd edib.

Nazir müavininin dediyinə görə, sentyabrın əvvəlində rəqəmli iqtisadiyatla bağlı BMT-nin Ticarət və İnkişaf Konfransının dərc etdiyi hesabatda göstərilir ki, əgər 2017-ci ildə internet trafikin həcmi təqribən 45,7 min Tbit/s idisə, bu göstərici 2022-ci ilə 4 dəfə artaraq təxminən 150 min Tbit/s-yə çatacaq.

"Bunun da əsas səbəbi, ilk növbədə qlobal şəbəkə istifadəçilərinin sayının artması, eyni zamanda, həyatımıza, fəaliyyətimizə "əşyaların interneti" deyilən vasitələrin daxil olması olacaq. Bu həcm onu göstərir ki, rəqəmli transformasiya ilk növbədə nə qədər sürətli getməlidir, ikincisi nə qədər keyfiyyətli olmalıdır ki, artan tələbata uyğun ola bilsin. Bunu nəzərə alaraq hər birimiz öz fəaliyyətimizdə bu tələbləri almalıyıq ki, ilk növbədə qorunan infrastruktur bu artan tələbata uyğun olan infrastruktur olsun",- deyə nazir müavini bildirib.

E.Vəlizadənin fikrincə, bütün bu proseslərdə rəqəmli transformasiya yeni fəaliyyət növünün formalaşmasında, infrastruktur ilk növbədə əsas rol oynayır və bu baxımdan istifadə olunacaq infrastruktur elə qurulmalıdır ki, qarşıda qoyulacaq məsələləri tam şəkildə yerinə yetirə bilsin. 

"Bu baxımdan da hər birimiz çalışmalıyıq ki, ilk növbədə ölkədə müəyyənləşdirilən qlobal siyasətə, yəni milli siyasətə hər bir səviyyədə uyğun olaq, ona riayət edək və onun müəyyənləşdirdiyi istiqamətlərdə fəaliyyətimizi təşkil edək",- deyə E. Vəlizadə qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016

NRYTN nəzdində süni intellektlə bağlı işçi qrupu yaradılıb

15-12-2020

Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş toplantıda təmsil olunub

09-09-2020

Şirkətlər rəqəmli transformasiyanı biznesə gətirir

08-12-2015

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019

Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

19-02-2020

Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

Elmir Vəlizadə: “Mediada İT mütəxəssis çatışmazlığı var”

14-05-2025

Vahid rəqəmli bazar Avropaya 415 milyard avro qazandıra bilər

17-06-2015

“ İnternetin keyfiyyəti ilə bağlı şikayətlər alırıq”

30-06-2016

BMT rəsmisi: "Rəqəmsal transformasiyanın risklərini nəzərə alaraq bərpa planları hazırlanmalıdır"

04-09-2024

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011

Elektron-rəqəmli imzaların verilməsi mərkəzi işə salınıb

01-07-2011

RYTN daha keyfiyyətli internet üçün səylərini gücləndirir

01-12-2015

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

Avropa Komissiyası vahid rəqəmli bazar strategiyasını təqdim edib

08-05-2015

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə