Previous Next
Bağla

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025 19:11
Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiyaların və Rəqəmsal Hökumətin Tənzimlənməsi Qurumunun (TDRA) nümayəndələri arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə İKTA İdarə Heyətinin sədri Nail Mərdanov rəhbərlik etdiyi qurumun fəaliyyəti, son illərdə həyata keçirilən institusional islahatlar və beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq barədə məlumat verib. Qeyd edib ki, qısa müddətdə Agentlik Beynəlxalq Telekommunikasiya İttifaqı da daxil olmaqla müxtəlif beynəlxalq qurumlar və xarici ölkələrin tənzimləyiciləri ilə əlaqələri genişləndirib:

“Tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi bizim üçün prioritetdir. Bu əməkdaşlıqlar həm idarəetmə modellərinin təkmilləşməsinə, həm də ölkəmizdə yeni formalaşan tənzimləmə mexanizmlərinin müasir tələblərə uyğun qurulmasına mühüm töhfə verir,” – deyə Nail Mərdanov bildirib.

Görüşdə, həmçinin OOKLA şirkətinin intellektual platformaları əsasında əldə edilən “crowdsource” məlumatlardan istifadə etməklə aparılan monitorinqlərin nəticələri və bu sahədə əldə olunan nailiyyətlər müzakirə olunub.

BƏƏ tərəfi TDRA-nın 2003-cü ildən bəri telekommunikasiya sektorunun tənzimlənməsi üzrə 22 illik təcrübəyə malik olduğunu qeyd edərək, bu təcrübənin İKTA ilə bölüşülməsinə hazır olduğunu vurğulayıb.

TDRA rəsmiləri bildiriblər ki, qarşılıqlı əməkdaşlıq Azərbaycanın tənzimləyici potensialının gücləndirilməsinə əhəmiyyətli dəstək verəcək:

“Azərbaycanla tənzimləmə sahəsində təcrübə mübadiləsi aparmaqdan məmnunuq. Bu əməkdaşlıq hər iki ölkə üçün qarşılıqlı faydalı nəticələr verəcək,” – deyə BƏƏ nümayəndələri qeyd ediblər.

Görüşün sonunda tərəflər telekommunikasiya sektorunun tənzimlənməsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsi proqramlarının artırılması və mütəmadi görüşlərin keçirilməsi barədə razılığa gəliblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-05-2025

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

İKTA və ICANN domen idarəçiliyini gücləndirən yol xəritəsi hazırlayacaq

10-12-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

Rəşad Nəbiyev “Etisalat” şirkətinin sədri ilə görüşüb

04-08-2025

İKTA-nın nümayəndə heyəti Ankarada simpoziumda iştirak edib

13-05-2026

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025

Provayderlərlə bağlanan müqavilədə abonentlərin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd ediləcək

30-09-2024

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə