Previous Next
Bağla

6 yeni e-arayış xidməti istifadəyə verilib

05-12-2019 16:09
6 yeni e-arayış xidməti istifadəyə verilib

Xeberler.az bildirir ki, bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışları almaları üçün hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlar həmin arayışları artıq özləri istənilən vaxt e-qaydada əldə edə bilərlər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin 6 yeni “e- arayış” xidmətinin təqdim edilməsi tədbirində məlumat verilib. Nazirliyin “Bakutel” sərgisindəki bölməsində - DOST stendində keçirilən təqdimat tədbirində qurumun E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması tədbirlərinin davam etdiyini deyib.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən
pensiyaların avtomatlaşdırılmış qaydada təyinat mexanizmi işə salınıb. Həmçinin 2019-cu ildə 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub.

Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin elektron qaydada təyinat mexanizmi artıq istifadəyə verilib. Digər müavinət və təqaüd növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam etdirilir.

Eyni zamanda, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən nazirliyin hazırladığı və ölkəmizdə ilk sosial reyestr olan “e-sosial” portalı özünün məlumatlar bazası ilə nazirliyə dair sahələr üzrə arayışların verilməsi xidmətlərinin də elektronlaşdırılmasında geniş imkanlar yaradıb. İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 “e-arayış” növü mövcud idi. “E-sosial” internet portalının məlumatlar bazası əsasında bu gün artıq 6 istiqamət üzrə - müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışların alınması üçün e-xidmətlər təqdim edilir. Bununla da vətəndaş həmin arayışları istənilən vaxt e-qaydada real vaxt rejimində əldə edə bilər.

Misal üçün, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində “E- arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək arayışı istəyən quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.

Dekabr ayının sonuna qədər daha 8 növdə “e-arayış” xidmətinin hazırlanaraq istifadəyə verilməsi və bu ilin sonuna qədər nazirlik üzrə e-arayış xidmətlərinin sayının 15-ə çatdırılması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ƏƏSMN-in fəaliyyət sahələri üzrə 240 min şəxsə e-arayış verilib

12-05-2020

Son üç ayda ƏƏSMN fəsliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

13-04-2020

ƏƏSMN-nin 15 növ e-arayış xidməti əhalinin istifadəsinə verilib

09-12-2020

Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

25-11-2019

Son bir ayda 50 minə yaxın e-arayış verilib

03-02-2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

10-12-2019

Nazirliyin fəaliyyət sahələri üzrə 249 min e-arayış verilib

25-09-2024

200 minədək təyinat e-qaydada aparılıb

07-01-2020

193 mindən çox e-arayış verilib

13-04-2022

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

14-05-2020

Bu sahələri üzrə 502,6 min e-arayış verilib

19-12-2022

“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

13-03-2020

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025

On bir ayda sosial sahə üzrə 349 min elektron arayış verilib

21-12-2024

Sosial sahə üzrə son on ayda 307 min elektron arayış verilib

28-11-2024

Bu il ƏƏSMN 304 minədək e-arayış verib

19-07-2025

Sağlamlıq imkanları məhdud uşaların müavinət təyinatı elektronlaşdırılıb

13-11-2019

Son beş ayda sosial sahə üzrə 260 min elektron arayış verilib

26-06-2025

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10-10-2020

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

25-03-2025

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020

Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

16-09-2019

DOST Agentliyi Ən yaxşı debüt sertifikatına layiq görülüb

07-12-2019

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə