Previous Next
Bağla

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

12-10-2019 10:41
Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

Xeberler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.

Bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı olub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Nəticədə ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiya hüququ yaranmış şəxs özü müraciət etmədən və sənəd təqdim edilmədən ona elektron qaydada pensiya təyin edilir. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri - uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb.

A.Kərimov diqqətə çatdırıb ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın anadan olmasına görə birdəfəlik müavinətin e-qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək.

Nazir müavini deyib ki, cari ildə dövlət başçısı tərəfindən təqdim edilən və 4,2 milyon vətəndaşın rifahına  ciddi dəstək olan iki sosial paketin tərkib hissəsi kimi, ölkədə uşağın anadan olmasına görə birdəfəlik müavinət də 109 manatdan 200 manata çatdırılıb. Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Göründüyü kimi, yeni e-sistemin tətbiqi il ərzində xeyli sayda insanın bu sahədə proaktiv xidmətlə təminatına, həmin müavinətin valideynlər tərəfindən alınmasında vətəndaş rahatlığına və məmnunluğuna imkan yaradacaq.

Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni sistemin təqdimatını edib.

Qeyd edilib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı (ilkin mərhələdə) hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək.  Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq.

Valideynlərin işləmədiyi barədə məlumat real vaxt rejimində elektron informasiya ehtiyatlarından əldə olunacaq. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə  valideynə sms-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq. (SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbəsindən əldə edə biləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Birdəfəlik müavinətlərin elektron qaydada təyininə başlanıb

21-10-2019

Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

23-01-2019

Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

25-11-2019

Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

16-09-2019

Sağlamlıq imkanları məhdud uşaların müavinət təyinatı elektronlaşdırılıb

13-11-2019

107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

07-10-2021

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023

456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

16-09-2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

10-12-2019

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

09-01-2019

200 minədək təyinat e-qaydada aparılıb

07-01-2020

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

25-01-2020

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24-02-2020

6 yeni e-arayış xidməti istifadəyə verilib

05-12-2019

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

14-05-2020

85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

07-07-2020

“142” Çağrı mərkəzində bir sıra elektron məlumatlandırma xidmətləri yaradılıb

23-11-2024

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10-10-2020

Doğum şəhadətnaməsinə müraciət "mygov"a inteqrasiya edilib

08-01-2025

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019

Sosial ödənişlə bağlı artımlar e-qaydada aparılır

25-01-2023

7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

29-03-2019

Ötən il bu elektron xidmətlərə 9,9 milyon müraciət olub

11-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə