Previous Next
Bağla

Sağlamlıq imkanları məhdud uşaların müavinət təyinatı elektronlaşdırılıb

13-11-2019 13:25
Sağlamlıq imkanları məhdud uşaların müavinət  təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb. Bununla əlaqədar nazirliyin tabeliyindəki DOST Agentliyində mətbuat konfransı keçirilib.

Xeberler.az bildirir ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildiyini bildirib. Qeyd edib ki, il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub.

H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlandığını deyib. Bildirib ki, onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb. Növbəti addım kimi daha iki sosial təminat növü - sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb.

Fond direktoru diqqətə çatdırıb ki, il ərzində bu e-xidmət təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək. Sonra təyinat mexanizminin təqdimatı olub.

Qeyd edilib ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə -“Sosial ödənişlər” altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir. Şəxsin telefonu olmadıqda nazirliyin 142 - Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.

Tədbirdə bildirilib ki, vətəndaş məmnunluğuna imkan yaradan bu innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişlənəcək. Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.

Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.

Onu da bildirək ki, cari ildə sosial sahədə reallaşdırılan mühüm islahatların tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği də 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçün isə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

25-11-2019
Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

16-09-2019
200 minədək təyinat e-qaydada aparılıb

200 minədək təyinat e-qaydada aparılıb

07-01-2020
51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24-02-2020
30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020
107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

07-10-2021
71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

14-05-2020
40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

25-01-2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

10-12-2019
103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10-10-2020
85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

07-07-2020
Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı  e-sistem üzərindən proaktiv qaydada aparılıb

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023
95 mindən çox şəxsə e-qaydada pensiya və  müavinət, təqaüd təyin olunub

95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

29-08-2020
456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

16-09-2022
6 yeni e-arayış xidməti istifadəyə verilib

6 yeni e-arayış xidməti istifadəyə verilib

05-12-2019
Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

12-10-2019
 Sosial ödənişlə bağlı artımlar e-qaydada aparılır

Sosial ödənişlə bağlı artımlar e-qaydada aparılır

25-01-2023
Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib

Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib

18-04-2022
Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

09-01-2019
Birdəfəlik müavinətlərin elektron qaydada təyininə başlanıb

Birdəfəlik müavinətlərin elektron qaydada təyininə başlanıb

21-10-2019
Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

23-01-2019
Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023
7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

29-03-2019
Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə