Previous Next
Bağla

Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən razısınız? -Sorğu

22-01-2018 15:53
Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən razısınız? -Sorğu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib.

Xeberler.az bildirir ki, sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?”  sualı ünvanlanıb.

Sualı ümumilikdə 2717 nəfər cavablandırıb. Onlardan 80 faizi əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiyini qeyd edib. Sorğuda iştirak edənlərin 16 faizi suala “xeyr” cavabını verib. Respondentlərin 4 faizi isə ümumiyyətlə, bu barədə məlumatsız olduğunu vurğulayıb.   

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  “Elektron hökumət” portalı üzərindən istifadəyə verilən e-xidmətlər əmək və sosial müdafiə,  sosial sığorta sahələri üzrə dövlət xidmətlərinin göstərilməsində məmur-vətəndaş təmaslarının  minimuma endirilməsinə, vətəndaşların bu xidmətlərdən müasir və şəffaf şəkildə faydalanmalarına şərait yaradıb. Hazırda həmin e-xidmətlərin sayı 30-a yaxındır və onlara olan böyük sosial tələbin, ictimai marağın ifadəsi kimi, təkcə son bir ildə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 9 milyon 341 min müraciət qeydə alınıb.

Hər bir e-xidmət hazırlanarkən əhalinin ondan daha sadə və rahat şəkildə istifadə imkanlarına malik olmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, istifadəyə verilən hər hansı e-xidmət, ondan istifadə prosedurları barədə ardıcıl olaraq geniş ictimai məlumatlandırma işləri aparılır. Sorğuya qoşulanların böyük əksəriyyətinin əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiklərini qeyd etmələri də həmin işlərin müsbət nəticəsidir.

Bununla belə, sorğu iştirakçılarından bir qisminin həmin e-xidmətlərdən asan və rahat şəkildə istifadə edə bilmədiklərini və ya ümumiyyətlə həmin e-xidmətlər barədə məlumatsız olduqlarını bildirmələri müvafiq məlumatlandırma işlərinin qarşıdakı dövrdə də davam etdirilməsinin zəruriliyini göstərir.

 Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edirsiniz? -Sorğu

28-03-2017

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017

ƏƏSMN-in fəaliyyət sahələri üzrə daha 15 növdə elektron arayış xidməti yaradılır

05-03-2020

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026

DSMF onlayn sorğunun nəticəsini açıqlayıb

17-02-2016

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Nazirlik elektron formada necə xidmət göstərir?

13-04-2017

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Ötən il sosial sahə üzrə elektron xidmətlərə 27 milyon müraciət edilib

23-01-2026

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Nazirliyin Çağrı mərkəzləri-nə müraciətlərin sayı azalıb

02-02-2017

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

Səyyar ASAN xidmət Ağdaşda

05-02-2026

Sosial sahə üzrə e-xidmətlərə müraciət edənlərin sayı açıqlanıb

21-01-2025

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

Əmək müqavilələrini “e-sosial” tətbiqi ilə imzalamaq mümkündür

18-04-2025

9 ayda sosial sahə üzrə 19 milyon 300 min elektron müraciət olunub

20-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə