Previous Next
Bağla

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019 10:26
Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

Təhsildə intellektual mülkiyyətin qorunması, piratçılıq, plagiatlıq texnologiyalarına dair zəruri biliklər tədris olunmalıdır.

Xeberler.az məlumat verir ki, bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda keçirilmiş konfransda çıxışı zamanı deyib.

AMEA-dan bildirilib ki, alim son zamanlar ölkəmizdə müasir dünyanın çağırışlarına müvafiq olaraq iqtisadiyyatın yüksək sürətli transformasiyası, informasiya cəmiyyəti və onun əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasının yeni reallıqların meydana gəlməsinə səbəb olduğunu diqqətə çatdırıb. Yeni iqtisadiyyatda innovasiyaların, yaradıcı əməyin, intellektual mülkiyyətin, informasiya məhsullarının rolunun sürətlə artdığını deyən R.Əliquliyev belə bir şəraitdə müəllif hüquqları və intellektual mülkiyyətin qorunması məsələlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, son dövrlər İKT-nin bir çox sahələrdə tətbiqi, internetin inkişafı, insanların fəaliyyətin informasiya texnologiyaları əsasında qurulması ilə biliklər iqtisadiyyatı formalaşmağa başlayıb. Bu isə informasiya əsaslı mülkiyyət obyektlərinin dairəsinin daha da genişlənməsinə səbəb olub.

Azərbaycanda intellektual mülkiyyətin “immunitetinin artırılması” istiqamətində görülən işlərdən bəhs edən R.Əliquliyev intellektual mülkiyyətin və müəllif hüquqlarının qorunmasının təmin olunması məsələlərinin həllinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edib, müvafiq qurumlar qarşısında yeni vəzifələrin qoyulduğunu bildirib. Akademik bu baxımdan elmi-tədqiqat və təhsil müəssisələrində istehsal olunan biliyin intellektual mülkiyyətinin qorunmasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin böyük rola malik olduğunu vurğulayıb.

“İnternetin meydana gəlməsi, mətnlərin rəqəmsallaşması, nüsxələmənin asanlaşması ilə intellektual mülkiyyət hüquqları, o cümlədən müəllif hüquqlarının qorunması məsələləri daha da aktuallaşmış, plagiatlıq problemi daha da kəskinləşmişdir”, – deyən alim bu tendensiyanın tədrisin keyfiyyətinə mənfi təsir etməklə yanaşı, elmdə plagiatlıq hallarının sayının artmasına da gətirib çıxardığını qeyd edib. Akademik-katib həmin problemlərin həlli istiqamətində təkliflərini səsləndirərək vurğulayıb ki, bu məqsədlə təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalı, bu sahədə mütəxəssislər yetişdirilməli, elmi kadr hazırlığında informasiya və biliklər cəmiyyətinin tələbləri nəzərə alınmalı, alim və mütəxəssislərdə müvafiq mədəniyyətin, təfəkkürün formalaşdırılması üçün məqsədyönlü işlər görülməlidir. Həmçinin intellektual mülkiyyətin sığortalanması, dəyərinin qiymətləndirilməsi və rəqəmsal vərəsəlik hüququ mexanizmlərinin işlənilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir.

R.Əliquliyev AMEA-nın görülən işlərə dəstək vermək məqsədilə intellektual mülkiyyətin qorunması üçün qiymətləndirmə mexanizmləri və modellərinin işlənilməsi istiqamətində müvafiq qurumlarla əməkdaşlıq etməyə hazır olduğunu da diqqətə çatdırıb. Alim, həmçinin əmək bazarının yenilənməsi üçün təhsil sisteminin məzmununda yeni texnologiyaların, dünya çağırışlarının tələblərinin nəzərə alınmasının zəruriliyindən danışıb, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, multidissiplinar ixtisaslara daha geniş yer ayrılmasının vacibliyini qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

“İKT milli iqtisadiyyatın aparıcı sektoruna çevrilib”

23-09-2016

“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

24-04-2015

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” müzakirə olunub

01-08-2025

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026

“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

12-01-2017

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016

Rəqəmsal obyekt identifikatoru nə üçün lazımdır?

03-03-2017

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə