Previous Next
Bağla

“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

24-04-2015 20:27
“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

Bakıda “Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan tədbir Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), Müəllif Hüquqları Agentliyi (MHA) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə baş tutub.

SMPDK-nın sədri Ramiz Həsənov son dövrlərdə əqli mülkiyyətin iqtisadiyyatdakı payının artmasını vurğulayıb. Əqli mülkiyyətin iqtisadi inkişafın vacib elementinə çevrildiyini deyən komitə sədri ölkəmiz üçün də əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyətini diqqətə çatdırıb:

“Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi, rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması vacib əhəmiyyət daşıyır”.

Əqli mülkiyyət hüquqlarının qorunmasından söz açan AMEA prezidenti, akademik Akif Əlizadə iqtisadiyyatın qlobal və regional səviyyədə rəqabətə davamlılığının gücləndirilməsinə də toxunub.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov isə qeyd edib ki, intellektual mülkiyyət innovasiya iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsinin güclü amili sayılır. Nazir müavini bütün  dünyada  olduğu kimi, ölkəmizdə də iqtisadiyyatın innovativ inkişafının diqqət mərkəzində olduğunu bildirib:

“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Bu istiqamətdə yüksək texnologiyalar, informasiya texnologiyalarına böyük ümidlər bəslənilir. Bu gün dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sektorunda da öz bəhrəsini verməkdədir”.  

Azərbaycanın İKT sektorunda həyata keçirilən genişmiqyaslı işlər, əldə edilən nailiyyətlər, perspektiv planlardan da söz açan İ.Məmmədov ölkəmizin bir çox göstəricilər üzrə MDB regionunda lider mövqeyə malik olduğunu vurğulayıb:

“İntellektual mülkiyyətə, yüksək texnologiyalara əsaslanan və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalını təmin etmək üçün yeni iqtisadi, hüquqi və təşkilati idarəetmə mexanizmləri tələb edilir. Artıq bu istiqamətdə ölkəmizin iqtisadi siyasətində bir neçə əsaslı addımlar atılıb. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər sənaye və texnoloji parklar şəbəkəsi, o cümlədən bizim nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı - “YT Park”  yaradılıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə KÜR zavodunun bazasında  Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb və  onun idarə edilməsi  nazirliyin tabeliyində olan  “YT Park”a həvalə olunub.  Hal-hazırda, burada  İT məhsulları istehsal etmək üçün tanınmış İT şirkətləri ilə  danışıqlar aparılır”.

Nazirin birinci müavini bütün bunların intellektual  mülkiyyətin qorunmasını vacib amil kimi önə çıxardığını qeyd edib:

“Ölkəmizdə, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  tərəfindən bu istiqamətdə ciddi addımlar atılır. Dövlət orqanlarında istifadə olunan kompüterlərin “Microsoft International” şirkətinin proqram təminatı ilə lisenziyalaşdırılması üçün RYTN  ilə adı çəkilən şirkət arasında 2011-ci ildə imzalanmış “Enterprise Agreement” Sazişi çərçivəsində “Microsoft” şirkətinin məhsulları olan “MS Windows 7 Enterprise” əməliyyat sistemi və “Office Professional Plus 2010” ofis proqramı üçün 10000 ədəd daimi lisenziya alınaraq mərkəzi icra hakimiyyəti orqanlarına verilib. Hal-hazırda dövlət orqanlarında istifadə olunan kompüterlərin lisenziyalaşdırılmasının  ikinci mərhələsinin həyata  keçirilməsi üçün “Microsoft” şirkəti ilə danışıqlar aparılır. 

İ.Məmmədov RYTN-də Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin (TK 05) fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.

MHA sədri Kamran İmanov isə sağlam rəqabət və ticarətin inkişafında əqli mülkiyyət hüquqlarının əsas yer tutduğunu nəzərə çatdırıb. Müstəqillik dövründə ölkəmizdə yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və müəllif hüquqlarının qorunması sahəsində görülən mühüm işlərdən söz açan K.İmanov xüsusən 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun qəbul edilməsi ilə qanunvericilik bazasının yaradılması üçün yeni mərhələnin bünövrəsinin qoyulduğunu qeyd edib:

“Bu sahədə qanunvericilik sistemimiz milli xüsusiyyətlər və beynəlxalq standartlar nəzərə alınmaqla qurulub, yeni informasiya cəmiyyətinin inkişafından və “biliklərə əsaslanan iqtisadiyyat”dan irəli gələn tələblər nəzərə alınmaqla, daim təkmilləşib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu günü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının  qorunmasına, yaradıcılığın və novatorluğun daha da həvəsləndirilməsinə, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və milli hökumətləri bu məsələlərə böyük əhəmiyyət verməyə çağırır. Azərbaycan 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə təşkilatın  bir sıra saziş və müqavilələrinə qoşulub, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradıb”.

Daha sonra tədbirdə Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov və digər qonaqlar çıxışlarında bu günün əhəmiyyəti, əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyi və digər məqamlara toxunaraq, öz fikirlərini paylaşıblar.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

Azərbaycanda “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçiriləcək

22-04-2014

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

06-06-2018

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024

Patent hüququ ilə bağlı beynəlxalq seminar keçirilir

28-11-2017

Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub

20-12-2018

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025

CD-DVD bazarının pirat problemi

21-10-2009

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

11-09-2024

İnnovasiyalar Agentliyi daha bir konfransda təmsil olunacaq

23-08-2019

Bu il Azərbaycanda İnnovasiya Evi tikiləcək

11-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə