Previous Next
Bağla

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

11-09-2024 17:10
Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədlərin imzalanmasından əvvəl hər iki agentliyin rəhbərləri arasında görüş keçirilib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə agentlikdə həyata keçirilən uğurlu struktur islahatlarından danışıb. Əqli Mülkiyyət Agentliyinin yaranması və fəaliyyətə başlaması ilə bağlı ətraflı məlumat verən K.İmanov əqli mülkiyyətin biliklərə əsaslanan fəaliyyət sahəsi olduğunu diqqətə çatdırıb və hazırda əqli mülkiyyət anlayışının daha geniş sahələri əhatə etdiyini vurğulayıb. K.İmanov Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin bir çox məqamlarda fəaliyyətlərin kəsişdiyini, bu səbəbdən hər iki dövlət qurumunun qarşılıqlı əməkdaşlığının ümumi işə böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov görüşdən məmnunluğunu ifadə edərək, son vaxtlar açıq məkanlarda reklamların yerləşdirilməsi və bu sahədə həyata keçirdikləri tədbirlərdən danışıb. O, problemlərin həlli istiqamətində bütün səylərin birləşdirilərək qanunvericiliyin tələblərinə uyğun gördükləri işlər barədə məlumat verib.

Sonra Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu agentliklərin İdarə heyətlərinin sədrləri K.İmanov və F.Adıgözəlov imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsinə dair həll yollarının müzakirəsi, eləcə də qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində işlərin səmərəli və qarşılıqlı şəkildə təşkilidir. Birgə fəaliyyət nəticəsində açıq məkanda xarici dildə reklamı yayımlanan əmtəələrə aid reklam mətnləri ilə bağlı hüquq sahibləri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunub-olunmamasının müəyyən edilməsi həyata keçiriləcək, bu sahədə maarifləndirmə işləri aparılacaq. Eyni zamanda, qeydiyyata alınmış əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz edilmiş əmtəələrə aid açıq məkanda yerləşdirilən reklamlarda qanunvericilik aktlarının müddəalarına riayət olunmasına birgə nəzarət olunacaq. Müştərək fəaliyyət nəticəsində reklam subyektləri ilə görüşlərin təşkili, o cümlədən reklam sahəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Bu memorandum tərəflərin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün öz səylərini birləşdirmək əzmini təsdiqləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024

CD-DVD bazarının pirat problemi

21-10-2009

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb

21-06-2017

Açıq məkanda reklam fəaliyyəti ilə bağlı seminar keçirilib

10-08-2022

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" adlı tədbir keçirilir

30-10-2024

İnnovasiyalar Agentliyi daha bir konfransda təmsil olunacaq

23-08-2019

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinə sədr təyin olunub

07-05-2018

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

06-06-2018

Reklam fəaliyyəti sahəsində monitorinqlər davam edir

27-09-2010

Gürcüstanla startap sahəsində memorandum imzalanıb

06-12-2017

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə