Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “www.evdeqal.az” saytı istifadəyə verilib.
Xeberler.az bildirir ki, saytın yaradılmasında əsas məqsəd insanların özünün və ətrafdakıların sağlamlığını qoruması üçün ehtiyac olmadıqda evdən çıxmamasının vacibliyi istiqamətində maarifləndirilməsi, əhalinin gündəlik tələbatlarını qarşılaya bilməsi üçün rəqəmsal xidmətlərə asan çıxışının təmin edilməsidir.
Məlum olduğu kimi, koronavirusla bağlı sosial izolyasiya tədbirləri fonunda insanların distant təhsilə, e-səhiyyəyə, onlayn mağazalara və kinoteatrlara, mal və xidmətlərin onlayn sifarişinə olan tələbatı dəfələrlə artıb. Məhz bu nəzərə alınaraq “evdeqal.az” saytında istifadəçilərə “təhsil”, “çatdırılma”, “tibb”, “qida” və “əyləncə” kateqoriyaları üzrə onlayn xidmətlər, eləcə də koronavirus şəraitində mövcud çağırış və imkanlar haqqında dolğun məlumatlar bir arada təqdim olunur.
Saytda, həmçinin, evdə qalaraq rəqəmsal biznes qurma yolları, bu biznesin onlayn idarə üsulları kimi insanların şəxsi inkişafına yönəlik onlayn öyrənmə imkanları diqqətə çatdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri