Previous Next
Bağla

Aztibb.az portalı istifadəyə verilib

22-07-2020 10:49
Aztibb.az portalı istifadəyə verilib

Bu günlərdə Azərbaycan internet-media məkanında yeni, çoxşaxəli portal istifadəyə verilib. Portalın ölkə ictimaiyyətinə məhz iyulun 22-də tədqim olunması heç də təsadüfi deyil. Bu gün Azərbaycanda milli mətbuatın yaranmasından 145 il ötür. Aztibb.az portalı ölkə mətbuatının bir parçası kimi, özündə tibb sahəsinə aid ən son yenilikləri ehtiva edir.

Xeberler.az bildirir ki, oxucular Aztibb.az portalında səhiyyə sahəsində ölkəmizdə və dünyada baş verən hadisələr, tibbi maarifləndirici məqalələr, tibbi təhsil, eləcə də gündəmin əsas mövzusu olan koronavirus pandemiyası ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər. Saytda tibbdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə dair yeniliklər də yer alacaq. Həmçinin insanların sağlamlıq mövzusunda maarifləndirilməsi məsələsinə geniş yer veriləcək: xalq təbabətinə dair maraqlı məlumatlar, dünya mediasında dərc olunan tibbi informasiya və faydalı məlumatlar saytda əksini tapacaq.

İstifadəçilər bu saytda ölkənin müxtəlif rayon və şəhərlərində mövcud olan özəl və dövlət tibb müəssisələri ilə bağlı yeniliklər, eləcə də orada fəaliyyət göstərən həkimlərin fəaliyyəti ilə tanış ola biləcəklər.

Aztibb.az-da, həmçinin ölkənin ən tanınmış, peşəkar həkimləri ilə prioritet mövzularda müsahibələr, videoçarxlar, ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin təşkil etdiyi aksiya və kampaniyalar haqqında məlumatlar, eləcə də tələbələr üçün tibbi dərsliklər yer alacaq.

Portalın kollektivinin əsas məqsədi ictimaiyyətə məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Virtual tibb bələdçilərimiz

27-05-2015

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

Gənc Tamaşaçılar Teatrının yeni rəsmi saytı açılacaq

12-02-2011

Teatrın yeni saytı açılacaq

08-02-2011

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

Kim sevirsə idmanı, həmişə sağlamdır canı - Rubrika

16-05-2015

Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda

26-08-2015

Science.az portalı 25 illik yubileyini qeyd edir

13-06-2020

“Tibbdə İnternet” Beynəlxalq konqresi

27-08-2008

“Gəncə”nin internet saytı yaradıldı

15-09-2010

Milli saytlarımızı tanıyaq və faydalanaq

09-07-2015

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

Təhsil Nazirliyinin internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib

26-11-2009

“e-Tabib” mobil tətbiqi yeniləndi

16-03-2023

Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

10-01-2019

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

İnformasiya Texnologiyaları İnstitutunda yeni veb sayt yaradılır

01-04-2016

İTSDA-nın yenilənmiş saytının təqdimat mərasimi keçirilib

29-10-2024

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015

”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə