Previous Next
Bağla

Elektron ticarətə tələb artıb

19-03-2020 20:35
Elektron ticarətə tələb artıb

Koronavirusdan qorunmaq üçün insanların sıx toplaşdığı yerlərə, o cümlədən marketlərə, ticarət mərkəzlərinə ehtiyac olmadıqca getməmək, nağd puldan mümkün qədər az istifadə etmək tövsiyə olunur. Belə bir vəziyyətdə evdən çıxmadan, sadəcə onlayn yolla ehtiyacımız olan məhsulları əldə edə bilərikmi?

Xeberler.az bildirir ki, Koronavirus epidemiyasının yayılması elektron ticarətin əhəmiyyətini bir daha önə çıxardı. Lakin hazırda ölkəmizdə heç də bütün xidmət və məhsulların onlayn satışı həyata keçirilmir. Elektron ticarət üzrə mütəxəssis Nicat Manafovun sözlərinə görə, xüsusilə ərzaq məhsullarının onlayn satışı ilə bağlı ciddi boşluqlar var: "İstər startaplarımız, istərsə də supermarketlərimiz bu boşluğu doldurmağa çalışmalıdır. Hazırda buna böyük ehtiyac duyulur. Digər bir məsələ də çatdırılma xidməti ilə bağlıdır.

Supermarket alış-verişi elədir ki, sifariş olunan məhsul ən geci 30-40 dəqiqə ərzində ünvana çatdırılmalıdır. Bunun üçün ucuz qiymətə çatdırılma, kuryer xidməti göstərən logistika şirkətlərinin yeri görünür. Lakin hazırda bu sahə ilə bağlı da çatışmazlıqlar mövcuddur. Əgər çatdırma xidməti göstərən kiçik şirkətlər yaradılsa, onlar supermarketlərlə əməkdaşlıq qura bilərlər".

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, ərzaq məhsullarından fərqli olaraq elektronika mallarının, dərman, geyim, kosmetika və bijuteriya məhsullarının onlayn satışı geniş yayılıb. Bundan başqa, kredit borcunun ödənilməsindən tutmuş, mobil telefonun balansının artırılması və kommunal xidmət haqqına kimi bir sıra ödənişlərin də onlayn həyata keçirilməsi mümkündür:

"Uzun illər formalaşan vərdişlərimiz var, məsələn, dövlət qurumlarından bir xidmət almaq üçün həmin qurumun ofisinə gedirik, bank əməliyyatları üçün bankın filialına üz tuturuq, hansısa bir ödənişdən ötrü terminala gedirik... Halbuki bütün bu xidmətlər alternativ olaraq elektron formada da təklif olunur. İndiki halda, vətəndaşlara elektron xidmətlərə üstünlük verməyi, ofislərə, banklara getməkdən imkan daxilində yayınmağı tövsiyə edirəm".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kənd təsərrüfatı məhsulları onlayn satılacaq

Kənd təsərrüfatı məhsulları onlayn satılacaq

09-04-2019
Azərbaycanda pandemiya onlayn ticarətə necə təsir etdi?

Azərbaycanda pandemiya onlayn ticarətə necə təsir etdi?

11-01-2021
Ölkə əhalisi elektron qaydada daha çox qeyri-ərzaq məhsulları satın alır

Ölkə əhalisi elektron qaydada daha çox qeyri-ərzaq məhsulları satın alır

13-01-2016
Azərbaycanda internetdə ödəniş etmək üçün ən ucuz kartların reytinqi açıqlanıb

Azərbaycanda internetdə ödəniş etmək üçün ən ucuz kartların reytinqi açıqlanıb

27-09-2013
Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015
Pandemiyanın artırdığı elektron ticarəti qoruyub saxlaya biləcəyikmi?   Rəylər

Pandemiyanın artırdığı elektron ticarəti qoruyub saxlaya biləcəyikmi? Rəylər

29-12-2020
Elektron ticarətin zəif inkişafının səbəbi nədir?

Elektron ticarətin zəif inkişafının səbəbi nədir?

07-03-2013
Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018
Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024
Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

18-05-2015
 Elektron ticarət dövriyyəsi artıb

Elektron ticarət dövriyyəsi artıb

15-08-2016
Azərbaycanda onlayn formada ticarət edənlərin sayı artır artıb

Azərbaycanda onlayn formada ticarət edənlərin sayı artır artıb

22-07-2013
“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021
Elektron ticarətin həcmi artıb

Elektron ticarətin həcmi artıb

15-10-2015
Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

14-04-2015
Azərbaycanda elektron ticarətin həcmi 2 dəfə artıb

Azərbaycanda elektron ticarətin həcmi 2 dəfə artıb

16-12-2015
Milli internet-mağazalar rəqabətə dözmür

Milli internet-mağazalar rəqabətə dözmür

26-01-2015
Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

25-05-2023
ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

01-11-2017
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Böhran şəraitində elektron ticarətin taleyi  necə olacaq?- Şərh

Böhran şəraitində elektron ticarətin taleyi necə olacaq?- Şərh

23-12-2015
Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019
Elektron ticarətin həcmi 1,7 dəfə artıb

Elektron ticarətin həcmi 1,7 dəfə artıb

20-04-2015
Azərbaycanda elektron ticarət xidmətləri göstərən startaplar və layihələr təsdiqlənməyə çalışırlar – ŞƏRH

Azərbaycanda elektron ticarət xidmətləri göstərən startaplar və layihələr təsdiqlənməyə çalışırlar – ŞƏRH

12-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə