“Evlərə optik” layihəsinin icrası ləngiyir

21-05-2013 / 09:33

 “105 milyon manatlıq “Evlərə optik” layihəsinin icrası ləngiyir”. Bunu “Media forum” saytına Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, Dövlət Neft Fondunun məlumatına görə, vəsaitin effektiv istifadəsi üçün prezidentin xüsusi sərəncamı gözlənir: “Güman ki, mətbuatda və sosial mediada bu istiqamətdə gedən yazılardan, “Booz&Co Konsaltinq” şirkətinin rəyindən sonra hökumətdə Neft Fondundan ayrılan vəsaitdən səmərəli istifadə ilə bağlı şübhələr yaranıb. Tamamilə anlaşılandır”.

Osman Gündüzün fikrincə, layihəni həyata keçirəcək şirkətlərin seçilməsi, konkret hər bir kəndə, ya binaya çəkiləcək internet şəbəkəsinin dəqiq qiymətləndirilməsi, ölkə üzrə yeni yaradılacaq nəhəng şəbəkənin kimin idarəçiliyinə verilməsi, nəhayət, şəffaflıq mühiti və ictimai nəzarət mexanizmlərinin yaradılması istiqamətində ciddi işlər görülməsinə ehtiyac var.

Dövlət Neft Fondunun saytında verilən məlumata görə, 2013-cü ildən fondun yeni bir layihə – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirəcəyi “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsini maliyyələşdirməsi nəzərdə tutulur. Layihə çərçivəsində Bakı şəhərində, eləcə də digər regionlarda yeni fiber-optik kabellərin çəkilişi və telekommunikasiya infrastrukturunun yenilənməsi, əhalinin yüksək sürətli genişzolaqlı internet xidmətlərindən istifadəsini təmin etməklə müxtəlif texniki vasitələr və fiziki xətlərlə telefonlaşmış yaşayış məntəqələrində yeni müasir NGN texnologiyası əsasında ATS-lərin yaradılması, ucqar yaşayış məntəqələrində genişzolaqlı internet şəbəkəsinin qurulması və əlverişli şərtlərlə, ən son texnologiyalar vasitəsilə əhaliyə genişzolaqlı xidmətlərə çıxış imkanı yaradılması nəzərdə tutulur.
"Media forum"


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə