Previous Next
Bağla

Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

06-08-2019 13:30
Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

Ötən gün kifayət qədər nüfuzlu “Cable” qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı açıqlayıb. Statistikaya əsasən, Azərbaycan 208 ölkə arasında 142-ci pillədə qərarlaşıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə mövcud siyahının obyektiv olmadığını qeyd edir. Nazirlik bildirib ki, “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və ölkə üzrə internetin tam mənzərəsini əks etdirmir:

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən şəhər əraziləri və regionlar arasında rəqəmsal fərqin azaldılması, informasiya cəmiyyətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Həyata keçirilmiş işlər nəticəsində hazırda əhalinin 80 faizi internet, 73 faizi isə genişzolaqlı internet istifadəçisidir. Bununla yanaşı, qeyd edək ki, statistikaya nəzər saldıqda, ölkədə internet sürətinin orta göstəricisinin əvvəlki illərə nisbətən artdığı müşahidə olunur. Nəzərə alınmalıdır ki, təşkilat tərəfindən araşdırma aparılan ölkələrin sayı da ildən-ilə artır”.

Bildirilib ki, Bakı şəhərində mənzillərə yüksək sürətli internet xidməti verilməsinə də şərait yaradılıb: “Bu gün paytaxtda mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan (GPON) texnologiyanın tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işlər həyata keçirilir. Bu texnologiya vasitəsilə istifadəçilər mənzilədək çəkilmiş fiber-optik xətlə həm telefon, həm internet, həm də televiziya xidmətlərini əldə edə bilirlər. Vətəndaşlara simsiz yüksək sürətli internet xidməti verilməsini təmin edən LTE texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müvafiq layihənin icrası davam etdirilir.

Eyni zamanda, regionlarda genişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə genişzolaqlı internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır”. Nazirlik bildirir ki, regionların telefon şəbəkəsi üzrə DWDM/MPLS şəbəkəsinin qurulması üçün layihə hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb və yaxın dövrdə şəbəkənin qurulması nəzərdə tutulur: “Layihənin əsas əhəmiyyəti yüksəksürətli transmissiya şəbəkəsinin qurulması, şəbəkənin dayanıqlılığın təmin edilməsi, şəbəkənin tutumunun 100 Gbit/s-yə çatdırılması və bütün qovşaqlar üzrə yüksəksürətli internetin təmin olunmasıdır”.

Xatırladaq ki, “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistikaya görə12 ay ərzində 208 ölkə arasında (2019-cu ilin mayınadək) aparılan milyonlarla test nəticəsi əsasında toplanan materiallar nəticəsində Azərbaycanın son iki ildə 33 pillə gerilədiyi qeyd edilib. Bu gün ölkədə internet sürətinin dünya üzrə orta göstəricidən 3,5 dəfə aşağı olduğu vurğulanıb. Hazırda cədvələ görə, Azərbaycan 208 ölkə arasında 142-ci pillədədir. Bu göstərici 2018-ci ildə 135, 2017-ci ildə isə 102 olub. Bu da o deməkdir ki, Azərbaycan internet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə isə 33 pillə geriləyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

22-07-2019

Azərbaycan internetin sürətinə görə dünyada 167-ci yerdədir

15-09-2021

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022

Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

07-08-2019

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-10-2024

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

25-11-2024

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-07-2025

Azərbaycan mobil internetin orta sürətinə görə 1 pillə irəliləyib

16-11-2023

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-08-2025

Bakıda İnternet istifadəçilərinin sayı 72 faiz artıb

30-07-2015

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021

Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətində irəliləyib

18-09-2025

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

16-04-2025

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025

Bakıda internetin sürət və keyfiyyəti artırılır

25-01-2018

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023

Nazirlik rəsmisi: "Son 5 ildə internetin median yükləmə sürəti 9 dəfə artıb"

25-02-2026

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə yerini qoruyub

17-03-2025

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

23-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə