Previous Next
Bağla

Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

17-05-2021 19:27
Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq “GPON” (Gigabyte Passive Optical Network) şəbəkəsi qurulur.

Nazirlikdən Xeberler.az-a bildirilib ki, Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində telekommunikasiya infrastrukturu müasirləşdirilir, optik xətlər çəkilir, “GPON” texnologiyası tətbiq edilir.

Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 kilometrdən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə 3 kilometrdən artıq uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb.

Layihə nəticəsində Qadaşobada 1000-dən çox, Zərdabın adıçəkilən kəndlərində isə 500 ailəyə müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı yaradılacaq. Eyni zamanda, texniki imkanlar gələcəkdə bu kəndlərdə yeni yaşayış ərazilərinin salınması, genişləndirilməsi və yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur ki, bu da öz növbəsində abunəçilərə daha geniş çeşiddə xidmətlərdən istifadə imkanı yaradacaq, rəqəmsal bərabərlik təmin olunacaq.

Digər bölgələrdə də vətəndaşların keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiya olan “GPON” texnologiyası əsasında yenidən qurulması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu sahənin inkişafına, rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində regionlarda bir sıra mühüm işlər aparılır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

30-07-2022

Aztelekom yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim edir

23-08-2021

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022

Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanıb

23-12-2022

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

NRYTN genişzolaqlı internetin əhatə dairəsini genişləndirmək üçün yeni texnologiya tətbiq edir

04-08-2020

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

09-07-2020

Nazir Rəşad Nəbiyev Ağstafada şəhid ailəsini ziyarət edib

11-03-2022

“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin icrasını sürətləndirdi

07-07-2021

Yeni rəqəmli ATS-lər istifadəyə verilib

06-02-2012

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022

Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir

25-02-2021

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021

Laçında yüksəksürətli internetə qoşulma imkanı yaradılıb

24-07-2023

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

09-02-2023

Bu ərazilərdə genişzolaqlı internet xidmətinin göstərilməsinə başlanılıb

10-12-2022

Yevlax rayonunda təsərrüfatların 71 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

19-04-2024

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə