Previous Next
Bağla

Əyləncə sektorunda 3D-dən necə istifadə edilir?

19-04-2016 12:37
Əyləncə sektorunda 3D-dən necə istifadə edilir?

3D çapın imkanlar daim genişlənir və onun tətbiqi daha çox yeni sahələri tapır. Texniki tərəqqi sayəsində əl əməyi minimuma endirilir və bu da istənilən istehsalı ucuzlaşdırır.

Üçölçülü çap vasitəsilə operativ olaraq istənilən art-obyektləri, geyim, silah, implantant və hətta ərzaq məhsulları yaratmaq mümkündür. Elə gəlir ki, additiv çapın imkanları sonsuzdur və çox güman ki, belə də var. İndi evdə olan 3D printerdən istifadə edərək,  istənilən obyektin layihə faylını yükləyib dərhal onu düzəltmək olur, misal üçün, bu gün 3D çap xidmətlərin göstərilməsi üzrə ən böyük saytı olan makexyz.com saytında nümayiş etdirilən kimi.

3D texnologiyalarla hətta şou-biznes nümayəndələri maraqlanmağa başlayıb. Hazırda eksklüziv dekorasiya və ya ekstravaqant geyimləri yaratmaq o qədər də çətin olmayacaq.

Belə məşhur və epataj müğənni Lady Gaga texniki tərəqqidən geri qalmır və öz yaradıcılığında 3D texnologiyalarından fəal istifadə edir. Müğənni 3D printerdə çap olunmuş dəbdəbəli donu geyinib səhnəyə çıxırdı.

Əlbəttə ki, onun klipləri üçün lokasiyaların yaradılması da üçölçülü çap olmadan keçmir.

3D çapın bütün potensialını Lady Gaganın  58-ci "Qremmi" mərasimindəki çıxışına tamaşa edərək qiymətləndirmək mümkün idi.

 Intel şirkətinin ekspertlər komandası onun səhnədə çıxışı zamanı rəqəmsal dəri illüziyasını yaradıblar.

 Onunla birlikdə hərəkət edən kameraların infraqırmızı zondun istifadə edilməsi sayəsində konsert boyu müğənninin üzünə dəyişilən qrim proyeksiya salırdı.

Belə meykapı yüngül əks etdirilməsi üçün on iki müxtəlif mövqelərdən daim skan etmək lazım idi.

Kino çəkilişi isə artıq çoxdan additiv texnologiyalardan istifadə edir. Zəruri lokasiyaların və ya super-qəhrəman kostyumunun  yaradılması üçün çoxsaylı rekvizit çap olunur. Bütün bunlar filmin büdcəsinə öz müsbət təsirini göstərir.

Üçölçülü çapın parlaq nümunəsi vəsaitin qənaət məqsədilə tryuklar üçün avtomobillərin hazırlanması olunub. Məsələn, "007: “Skayfoll” Koordinatları" filmdə səhnənin sonunda partlayan avtomobilin kiçildilmiş surəti istifadə olunur. Filmdə əsl Aston Martin DB 5 maşını istifadə olunsaydı, bu onlara ən azı yarım milyon funt sterlinqə başa gələrdi.

Cizgi filmlərdə personajların sifəti

 Laika animasiya studiyası artıq birinci il deyil ki, cizgi filmləri yaratmaq üçün additivdən istifadə edir. 3D istifadə edilən ən məşhur əsər "Paranorman yaxud Zombinin əhliləşdirilməsi" olub. Cizgi film personajların sifətlərinin otuz bir mindən çox detallarından ibarətdir. Laika studiyasının multiplikatorları deyirlər ki, bu, təsvirə maksimum detallaşdırmanı verməyə imkan yaradıb.

 Cizgi film nümayiş etdirilmə müddəti ərzində 100 milyon dollardan çox qazanıb.

3D musiqi klipin qəhrəmanına çevrilir

Üçölçülü çap texnologiyasının maraqlı tətbiqini Cut Copy qrupun We Are Explorers klipinin quruluşçusu tapmışdır. Çəkiliş üçün iki miniatür personajı və onların iki yüzə yaxın nüsxəsi müxtəlif hərəkət növləri ilə çap olunmuşdur. Effekt üçün quruma işıq telləri tikilmişdir. Daha sonra kadr-kadr klip çəkilib və orada üçölçülü çapın iki miniatür əsəri sentimental artefaktları axtarırlar. Təqdimatından sonra tərtibatçılar bütün modellərin layihələrini internetə qoydular ki, hər kəs öz qəhrəmanını çap edə bilsin. Ehtimal olunur ki, fanatlar öz 3D fiquruq tarixini çəkə bilərlər və onlardan gələn klipdə istifadə etmək mümkün olacaq.

Böyük kino

 Kinoda obraz yaratmaq üçün additiv texnologiyaların tətbiqinin ən parlaq nümunəsi Dəmir İnsanın geyimi olunub.  3D çap sayəsində baş qəhrəmanın əyninə ideal gələn maket yaradılıb..

Materialların böyük assortimentini, eləcə də 3D printerin köməyi ilə yaradılmanın qiyməti və sürətini nəzərə alaraq, üçölçülü çapın tətbiq sahəsi, demək olar ki, sonsuz olur. İnnovasiya texnologiyası Azərbaycanın həyatının bütün sahələrinə necə təsir göstərə biləcəyini Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda Flame Towers-də mayın 20-də keçiriləcək 3D PrintConference konfransında öyrənmək olacaq.

Hakimiyyət nümayəndələrinin hadisəyə marağı və diqqəti 3D çapın perspektiv gələcəyinin birbaşa təsdiqidir.

 Tədbir barədə ətraflı  buradan məlumat əldə etmək olar.

 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell MEGOGO ilə əməkdaşlığa başlayıb

11-04-2019

Azyaşlı internet istifadəçiləri üçün xoş xəbər

19-03-2012

Metal detalların 3D çapı üçün zavod açılıb

15-04-2016

3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri müzakirə edilib

28-11-2024

“Dot” dünyanın ən kiçik kukla animasiya filmi

13-12-2010

"Yandex Plus"u artıq Azərbaycanda istifadə etmək mümkündür

19-03-2021

Azərbaycanın 3D formatlı ilk cizgi filmi

01-05-2011

Əlillər üçün protezlər “3D” printer texnologiyası ilə hazırlanır

29-04-2015

İlk canlı tatu yaradılıb

07-12-2017

Maşın necə sürülür? - Google-dan sorğular

07-04-2015

Lady Gaga-nın stikeri yaradılıb

26-08-2015

Azərbaycanda 3D formatlı ilk cizgi filmi çəkilir

10-05-2011

Printer-aşbaz

11-05-2018

Facebook-da Virtual Reallıq sistemi tətbiq olunub-Video

21-04-2017

Elastik planşet hazırlandı

05-09-2018

Ölkənin ilk uşaq telekanalı ARB Günəş - 4 yaşında

01-04-2019

Ən yaxşı haker filmləri-Siyahı

14-11-2022

Xəstəlikləri aradan qaldıran robot hazırlanıb

18-07-2019

“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

02-12-2021

Telekanalların monitorinqinə başlanır

29-08-2015

Rəqəmsal kontent: İstehlakçı seçimləri və bazar təklifləri

02-02-2018

“Samsung”un Mədəniyyət Nazirliyi ilə birgə layihəsi: “Sənət kainatına səyahət”

17-08-2021

Dünyada ən kiçik radio hazırlanıb

23-12-2016

İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

21-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə