Previous Next
Bağla

İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

21-12-2017 10:28
İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

Hazırda Rusiyada orta hesabla hər evdə 2 kompüter və 4 mobil qurğu var. Onlardan hamısı İnternetə çıxış imkanına malikdir. Təəccüblü deyil ki, istifadəçilərin 15%-i şəbəkədə həftədə 50 saatdan çox keçirirlər – və bu göstərici yalnız asudə vaxtı əks etdirir.

Gündəlik həyatda İnternetin əvəzedilməzliyini və ağıllı rəqəmli qurğuların sayının daim artmasını nəzərə alaraq, Kaspersky Lab şirkəti sıravi istifadəçilərə, onların gündəlik işlərinə və vərdişlərinə ən yaxından təsir göstərə biləcək təhdidləri proqnozlaşdırıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, erkspertlərin fikrincə, 2018-ci ildə cinayətkarlar adət olunmuş qurğuların sərhədlərindən çıxıb, İnternetə qoşulmuş yeni sistemlərin (məsələn, avtomobillərin və ya tibbi cihazların) fəal hücumuna başlaya bilər.

Belə ki, cinayətkarlar sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər.

Ekspertlərin qiymətləndirməsinə görə, gələn il İnternetə qoşulmuş tibbi qurğuların sayı 19 milyonadək artacaq. Səhhətə nəzarət etməyə kömək edən 100 milyon fitnes qolbaqları da daxil olmaqla, tibbi qurğular hakerlərin maraq dairəsində olacaq. Belə qurğulara edilmiş hücumlar müxtəlif ola bilər: sahibin fərdi məlumatlarının oğurlanmasından tibbi cihazlarda (məsələn, insulin dozatorunda) qurmaların dəyişilməsinə qədər və bunlar hamısı pasiyentin həyatı üçün təhlükəlidir.

Yaxın vaxtlarda xüsusi risk zonasında mobil cihazların istifadəçiləri olacaqlar. Hazırda İnternetin həmişə və hər yerdə əlçatan olmasına görə insanlar daha çox ənənəvi kompüterlərin deyil, smartfonların istifadəsinə üstünlük verirlər.

Məsələn, Rusiyada istifadəçilərin 41%-i onlayn-bankinq sistemlərinə məhz mobil qurğular vasitəsilə qoşulurlar. Bununla əlaqədar 2018-ci ildə cinayətkarların səylərinin çoxsu məhz smartfonlara və planşetlərə yönəldiləcək. Özü də kibercinayətkarların maraq dairəsində istifadəçi pullarının bütün mümkün mənbələri olacaq, o cümlədən kriptovalyuta pul kisələri və müxtəlif bonuslarla əlavələr.

Nəhayət, cinayətkarlar böyük botnetlərin yaradılması üçün müxtəlif ev qədcetlərini sındırmağa davam edəcəklər. Routerlərin, veb-kameraların, termostatların və evdə olan digər ağıllı qurğuların çoxlu zəiflikləri var, və təcrübə göstərir ki, kibercinayətkarlar bu zəiflikləri məharətlə istifadə edirlər. Bu cür fəaliyyətin qarşısını almaq üçün, ekspertlər ən azından, bu qurğuların standart zavod parollarını dəyişdirmək tövsiyə edirlər həmçinin onlar üçün ayrıca şəbəkə ayırmaq ki, hakerlər yoluxma halda əsas qurğuları hücum etməyə bilməsinlər.

“Ünsiyyət, alış-veriş, istirahətin planlaşdırılması, yeni və köhnə sevimli filmlər ilə axşamlar, oyunlar və musiqi, son vaxtlar isə həmçinin müxtəlif ev qədcetlərin və sistemlərin idarəsi – bütün bunlar İnternet və çoxsaylı rəqəmli qurğular sayəsində bizim üçün istənilən zaman əlçatandır. Biz heç bir halda cinayətkarların pis niyyətlərinə görə bu rahatlıqdan məhrum olmamalıyıq. Bir çox hallarda istifadəçilər qurğuların standart zavod parollarını dəyişərək, sayıqlıq göstərərək və müasir qoruyucu həllərdən istifadə edərək özləri öz rəqəmli qurğuların təhlükəsizliyinə nəzarət edə bilərlər. Biz isə, öz növbəmizdə, kibertəhlükələrin inkişaf istiqamətini diqqətlə izləyirik və, kibercinayətkarları qabaqlamaq və yeni ağıllı sistemləri və onların istifadəçilərini qorumaq üçün əlimizdən gələni edirik”, - Kaspersky Lab şirkətinin Rusiya Araşdırma Mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.

Ev istifadəçilərin gələn ildə rastlaşacağı mümkün təhdidlər haqqında daha ətraflı məlumatı Kaspersky Lab şirkətinin analitik portalında yayımlanıb.

*Rusiya üzrə göstəricilər. Tədqiqat Kaspersky Lab-ın sifarişi iləbu ilin avqust ayında “B2B International” şirkəti tərəfindən aparılıb. Sorğuda 32 ölkədən olan internet istifadəçiləri iştirak edib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

2013-cü ildə ultra portativ qurğular bazarı 27 milyard dollar təşkil edəcək

14-10-2008

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017

2012-ci ilədək dünya əhalisinin 30% internetdən istifadə edəcək

23-07-2008

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Bu il daha çox hansı sahələri kiberhücumlar gözləyir?- Proqnoz

11-01-2017

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

10-07-2015

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

“Mobil qurğular istifadəçilərin sənəd çapına olan münasibətlərini dəyişir”

22-07-2015

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə