Previous Next
Bağla

Ən yaxşı haker filmləri-Siyahı

14-11-2022 01:07
 Ən yaxşı haker filmləri-Siyahı

Kaspersky mütəxəssisləri kibertəhlükəsizlik və şəbəkədə sağ qalma qaydaları haqqında ən maraqlı haker mövzulu filmlərin siyahısını hazırlayıb.

Xeberler.az həmin filmlərin siyahısını təqdim edir:

Müharibə Oyunları / War Games (1983)

Gənc haker Pentaqonun serverinə girir və orada tapdığı, simulyator hesab etdiyi oyunu işə salır - əslində isə əsl beynəlxalq münaqişəyə səbəb olur. Vəziyyət fantastik həddə çatır. Maraqlıdır ki, filmin çəkilişləri zamanı (1981-ci il!) hətta “haker” sözünün özü belə müasir dövrümüzdə kəsb etdiyi mənada işlədilməyib.

Ruhunuz duymaz / Sneakers (1992)

Baş qəhrəman, keçmiş haker öz sevimli işindən uzaqlaşıb və pentester kimi fəaliyyət göstərir - onun komandası bankların və digər nüfuzlu təşkilatları üçün kompüter sistemlərinin müdaxilələrə qarşı gücünü yoxlayır və bir gün Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları komandaya istənilən kodu pozan bir “qara qutu”-nu tapıb ələ keçirməyi təklif edirlər. Filmdə bu gün də işlək olan bir çox hakerlik fəndləri mükəmməl formada nümayiş olunur.

Hakerlər / Hackers (1995)

Tanınmış filmlərdən biridir. Əlbəttə, bu gün bəzi kadrlar gülməli görünür - məsələn, kompüter virusunun ekran qoruyucu şəkillərini (ekran qoruyucunun nə olduğunu hələ də xatırlayan varmı?) xatırladan çoxrəngli spirallər şəklində təsviri. Bu film dövrümüzdə paylanmış hücum kimi tanınan şəbəkə effektini nümayiş etdirən bir neçə filmdən biridir.

Şəbəkə / The Net (1995)

Qurbanın baxış bucağından kibertəqib haqqında trillerdir. Qız bir qrup hakerlə mübahisə edir və cavab olaraq onlar onun rəqəmsal şəxsiyyəti haqqında məlumatları bütün sənəd bazalarında yenidən yazırlar. Nəticədə qəhrəman axtarışda olan cinayətkara çevrilir və təcili olaraq öz reputasiyasını bərpa etməlidir. Burada müasir dövrümüzdə təkcə fərdi “kompyuter qurdlarını” təhdid etməyən geniş təcrid problemi göstərilir.

Nirvana / Nirvana (1997)

Nirvana əsas mövzusu əsl zəiflikləri və qabiliyyətləri nümayiş etdirilən insanlar haqqında ən maraqlı filmlərdən biridir. Təhlükəli kompüter oyununu məhv etməyə qərar verən qəhrəman ağıllı müdafiə sisteminə qarşı döyüşür və burada evlərin damı ilə qaçıb yölüstü qarşısına çıxanları neytrallaşdıran dəlisov protaqonist yoxdur: süni intellekt hakerin qorxularını onun yaxınlarının obrazlarında canlandıraraq ona hücum edir. Şəxsi məlumatlarımızı, maraqlarımızı və qorxularımızı özümüzə qarşı istifadə edən müasir fırıldaqçılıq hücumları məhz belə təşkil edilir.

Məğlubiyyət / Takedown (2000)

Film qəhrəmanına çevrilən xəbər personajlarından daha biri: dünyaca məşhur haker Kevin Mitnikdir Düzdür, o, bu filmdə o qədər də qəhrəman kimi nəzərə çarpmır. Çünki film Mitniki ələ keçirən adamın yazdığı kitaba əsaslanır. Bu təhlükəsizlik mütəxəssisi, Tsutomu Şimomura, filmin ikinci baş qəhrəmanıdır - bəzi yerlərdə hətta birincidir, çünki burada külək açıq şəkildə təhlükəsizlik mütəxəssisi tərəfə əsir. Mitnik isə sosial mühəndisliyin məşhur nümunələrini göstərsə də, yenə də uğursuz görünür.

Игра в имитацию / The Imitation Game (2014)

Çoxları Alan Türinqi guya maşın intellektinin insan zəkasının səviyyəsinə çatdığını göstərməli olan “Türinq testi”-ndən tanıyır. Əslində, Türinq intellektləri müqayisə etməyi təklif etməyib - o, maşının bir oyunda insanı üstələməsi haqqında yazıb ki, bu da çox məhdud (yazılı) ünsiyyəti nəzərdə tutur. Bu oyunun adı həm də ilk hakerlərdən birinin acınacaqlı taleyindən bəhs edən filmin adına çevrildi. Qarşımızda nasistlərin Eniqma kodlarını deşifrə edən və minlərlə insanı xilas edən görkəmli alim və müharibə qəhrəmanı var - lakin bütün bu xidmətləri Britaniya hakimiyyətini Türinqi hormon terapiyası ilə öldürməkdən çəkindirmir.

Snouden / Snowden (2016)

Tanınmış hüquq müdafiəçisi Oliver Stounun dilindən ABŞ Milli Təhlükəsizlik Agentliyinin tanınmış analitikinin həyatını anladan filmdir. Ondan iki il əvvəl “Citizenfour” sənədli filmi Snoudenin ifşalarına – onun Honq-Konqda və Almaniyada, sonra isə keçmiş həmkarlarından qaçaraq sığındığı Rusiyada jurnalistlərə dediklərinə həsr olunub. Sənədli film xüsusi xidmət orqanlarının işi ilə bağlı çoxlu faktları əks etdirir, lakin bunlar Snoudeni çoxlarının xəyanət hesab etdiyi belə bir çarəsiz addımı atmağa nəyin sövq etdiyini tam aydınlaşdırmır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şəhid jurnalist haqqında çəkilən "Canım mənim" filmi təqdim edilib

15-11-2021

1 milyarddan çox monitor haker hücumuna qarşı dayanıqsızdır

11-08-2016

Facebook filmi göstəriləcək

30-09-2010

Şimali Koreya yeni haker qrupu yaradıb

24-03-2025

Yerli qəzetlər və xəbər portalları niyə haker hücumu qarşısında acizdir?

02-12-2009

Bakıda çəkdilən film “Netflix“də yüksək reytinq qazanı

20-10-2023

Facebook filmi artıq ekranlarda

07-10-2010

ABŞ-nin hüquq və texnologiya firmalarına haker hücumu olub

08-10-2025

Bu universitetdə tələbələr haker kimi düşünməyi öyrənir

04-12-2017

Bütün Wi-Fi şəbəkəsi təhlükədədir-Video

19-10-2017

Poçt markalarına həsr olunmuş film təqdim olunub

09-10-2025

Məşhur müğənninin Twitter hesabı ələ keçirilib

31-05-2016

Beynəlxalq Kiber Yay Məktəbində şəhid övladları da iştirak ediblər

20-07-2022

Rusiya ABŞ məhkəmələrinə haker hücumunda iştirak edib

13-08-2025

Ssenarisi süni zəka tərəfindən yazılan ilk film-Video

11-06-2016

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020

Game of Thrones hakerlərinə 250 min təklif edildi

11-08-2017

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən film təqdim edilib

12-02-2021

Dünyanın beş məşhur hakeri kimlərdir?

16-09-2015

Tarixin ən böyük bank soyğunçuluğu - 1 milyard dollar

16-02-2015

Bu gün dünyada hakerlər günü qeyd olunur

30-04-2015

272 milyon elektron poçt hesabına müdaxilə edilib

05-05-2016

Kiberhücumlardan 158 milyard dollar zərər dəyib

25-01-2016

İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub

19-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə