Ötən il Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberg şirkətin virtual reallıqla bağlı planlarını açıqlamışdı.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkətin eyni zamanda birdən çox dostla ünsiyyət qurmaq və və əylənməyə imkan verən Spaces xidməti istifadəyə verilib.
Beta versiyada və yalnız “Oculus Rift” şlemi və “Oculus Touch” kontrolleri istifadə olunduqda işləyir. Xidmət istifadəçinin Facebook-dakı şəkillərinə əsasən onun avatarını yaratmağın bir neçə variantını təklif edir.
O, hər bir istifadəçiyə məzəli cizgi film personajı şəklində öz unikal 3D-avataranı yaratmağa imkan verir.
Burada istifadəçilər dostları ilə ünsiyyət qura, Facebook Messenger vasitəsilə tanışlarına zəng edə, musiqi dinləyə, müxtəlif obyektlərin rəsmini çəkə, panorama filmlərə baxa, hətta virtual selfi-çubuğun köməyi ilə şəkillər çəkə bilərlər.
Spaces yaradıcıları iddia edirlər ki, hazırda xidmətdə planlaşdırılmış imkanların yalnız 1 faizi reallaşdırılıb.
Qeyd edək ki, Oculus Rift qarnituru və əlavə aksessuarların dəyərinin yüksək olması onun mənfi cəhətlərindən hesab olunur. Bu qarnitur HTC Vive və PlayStation VR-dan sonra satışların sayına görə üçüncü yerdə dayanır.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri