Facebook-a Rusiyadan dəstək

28-05-2009 / 15:05

Rusiyanın ən böyük e-poçt xidməti olan mail.ru saytının sahibi olan Digital Sky Technologies firması Facebook-un  hissələri üçün 200 milyon dollar  təklif edib.

Əgər razılaşma reallaşsa Facebook-un dəyəri 10 milyard dollaradək artacaq. Facebook-un 200 milyon istifadəçisi var. Bu da o deməkdir ki, hər bir istifadəçi Facebook-a 50 dollar dəyər qazandırır.

Facebook xüsusi bir şirkət olduğu üçün maliyyə işlərini paylaşmır. Amma Facebook-un sahibi Zuckerberg bir müddətdir şirkətinin kapitalını yüksəltmək üçün müəyyən işlər aparır.

Məlumat üçün bildirək ki,Facebook-a ən son sərmayə 2007-ci ildə Microsoft-dan gəlmişdi. 240 milyon dollar ödəyən Bill Gates, şirkətin dəyərini 15 milyard dollara yüksəldərək 1,6 %  hissəyə sahib olmuşdu.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə