WhatsApp Facebook-a 232 milyon zərər vurdu

29-10-2014 / 22:02

Dünyanın ən məşhur ismarış xidməti WhatsApp-ı 22 milyard dollara alan Facebook sosial şəbəkəsi servisin maliyyə hesabatını açıqlayıb.

Xeberler.az saytı bildirir ki, 2014-cü ilin 6 ayı ərzində  WhatsApp zərərlə işləyib: onun kəsiri ötən ilə nisbətən 4 dəfə artaraq 232.5 milyon dollar təşkil edib. 2013-cü ildə isə zərər 138.15 milyon dollar olmuşdu.

WhatsApp-ın bu il əldə etdiyi məbləğ isə cəmi 15,3 milyon dollar olub.

Facebook WhatsApp da daxil olmaqla biznesin yeni istiqamətlərinə vəsait sərf edəcəyini açıqlayıb. Bu şirkətin aksiyalarının 11 faiz aşağı enməsinə gətirib çıxardıb.

Mənbə: lenta.ru


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə