Facebook qiymətli kağızlar bazarına çıxacaq

09-01-2011 / 09:08

Nəhəng sosial-internet şəbəkəsi \"Facebook\" qiymətli kağızlar bazarına çıxmaq niyyətindədir.

Belə ki, sosial internet şəbəkəsi 2009-cu ilin ortalarında ekspertlər tərəfindən 10 milyarddan 50 milyard dollara kimi qiymətləndirilirdi. 2010-cu ilin isə ancaq 3 rübündə dünyanın ən gənc zəngini tərəfindən yaradılan \"Facebook”un gəliri 1,2 milyard dollar, təmiz gəliri isə 355 milyon dollar təşkil edib. \"The Wall Street Journal”ın yazdığına görə, bütün bunlar şəbəkə yaradıcısı və onun ətarfında olanları açıq səhmdar cəmiyyət yaratmağa şirnikləndirir. Məsələyə aydınlıq gətirməyə çalışan qəzet yazır ki, \"Facebook\" un planlarına əsasən, bu il şirkətin payçılarının sayı 500-ü keçəcək ki, bu da şəbəkənin maliyyə məlumatlarını yeniləməyə gətirib çxaracaq. Bu vaxta qədər şikət bu prosesi süni şəkildə sürətləndirməyə çalışmırdı.

Lakin həftənin əvvəlində “Goldman Saks” bankı və Rusiyanın \"Digital Sky Technology” şirkəti \"Facebook”un qiymətli kağızlarını 500 milyon dollara əldə etdikdən sonra sosial şəbəkənin kapitallaşması qəfildən sürətli şəkildə qalxıb. Bu isə öz növbəsində hazırda sərmayədarlar arasında ajiotaja səbəb olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə