Facebook-dan daha bir yenilik

09-06-2015 / 16:14

Facebook-da məkan paylaşmaq artıq daha asanlaşıb. 

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Messenger-də ​​olduğunuz yeri paylaşmaq bu yeniliklə birlikdə artıq çox sadə və təsirli hala gəlib. Daha əvvəl yazılan mesajların altında məkan məlumatları yer alsa da bu xüsusiyyət kifayət qədər məlumat verə bilmirdi və tamamilə istifadəçilərin nəzarətindəydi.

Yeniləmə isə eynilə Whatsapp-dakı kimi mövqe məlumatlarını tək bir düymə ilə xəritə halında göndərməyi mümkünləşdirib. Həmçinin yalnız həmin dəqiqə olduğunuz yeri deyil, yoldaşınızla görüşmək istədiyiniz başqa bir yeri də işarələyib göndərmək mümkündür.

Qeyd edək ki, yeni funksiya artıq istifadəçilərə təqdim olunub. 

İstəyə uyğun  məkan xüsusiyyətini istifadə etmək üçün üç nöqtə simvoluna basaraq olduğunuz məkanı bir xəritə ilə birlikdə mesaj olaraq göndərə bilərsiniz. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə