Facebook və Instagram dizaynını dəyişir

16-08-2017 / 14:12

Instagram iOS və Android üçün yenilənməsini təqdim edib.

Xeberler.az-ın məlumatına görə, əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır.
Belə ki, artıq kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja bərkidilir.

Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq.

Facebook da şərhlər bölümündə yenilik edilib.

Belə ki, indi nəşrlərə yazılmış şərhlər daha çox müzakirəni xatırladır və şərhlərdən hansının başqa istifadəçilərin fikirlərinə cavab olduğu, hansının isə posta aid olduğunu başa düşmək asandır.

Xəbər lentinin başlığı tamamilə göy rəngə boyadılıb. Şirkətin nümayəndələrinin fikrincə belə fonda mətn daha yaxşı oxunur. Yuxarı hissədə yerləşdirilmiş ikonkaların ölçüləri böyüdülüb və onların üzərinə klik etmək asanlaşıb.

Qeyd edək ki, yeni xəbər barədə məlumat verən ikonka indi zınqırova oxşayır və post dərc etmiş istifadəçilərin fotosu dairəvi formadadır. "Bəyən", "Şərh", "Paylaşmaq" ikonkaları, həmçinin dəyişikliyə məruz qalıb. Sosial şəbəkə üzrə naviqasiya sadələşdirilib.

Göründüyü kimi, Facebook-un dizaynı Instagram-ı xatırladır. Yeniliyin gələn həftədən istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə