Facebook Messenger vasitəsilə pul göndərmə funksiyasını tanıtdı

19-03-2015 / 12:13

Facebook mesajlaşma proqramı Messenger vasitəsilə pul göndərmək və qəbul etmək funksiyasını rəsmi olaraq bildirib.

Artıq Facebook Messenger proqramının sayəsində yoldaşlarınıza ani anda belə pul göndərə bilməyiniz mümkün olacaq. Pulsuz istifadə edə biləcəyiniz bu funksiyanın önümüzdəki aylarda ABŞ-da aktiv hala gəlməsi gözlənilir.

Sistem olduqca sadə işləmə funksiyasına malikdir və istifadəçilər arasında pul transferi edilməsini təmin edir. Messenger-də hansısa bir yoldaşınızla danışdığınız əsnada "$" ikonunu və sonra "Pay" düyməsinə basaraq seçəcəyiniz bank kartınızla pul göndərə biləcəksiniz.

Facebook Messenger hazırda ABŞ-dakı banklara bağlı olan Visa və MasterCard kartlarını qəbul edir. Facebook Messenger-dan pul göndərərkən əgər cihazınız iOS-dursa, Touch ID funksiyasından da istifadə edə bilərsiniz.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə