WhatsApp olduğunuz məkanı gizli saxlamayacaq

07-07-2018 / 12:04

Dünyanın ən böyük mesajlaşma tətbiqi olan WhatsApp-ın bu funksiyası valideynlərə uşqalarını izləməkdə köməklik göstərir.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, WhatsApp izləmək xüsusiyyətinin yardımı ilə valideynlər uşqalarının və ya başqa şəxslərin harada olduğunu bilə bilər.

Belə ki, WhatsApp-ın izləmək xüsusiyyətindən yararlanmaq üçün bunları etməlisiniz.

  • İlk olaraq WhatsApp-da yerinizi paylaşmaq istədiyiniz adama daxil olun. Sonra kamera simvolunun yanında olan məkan düyməsinin üzərinə basın.
  • Qarşınıza hazırda olduğunuz yerin xəritəsi çıxacaq. Burada canlı məkanı paylaş deyin. Bu zaman telefonda GPS açıq olmalıdır.
  • Bunları etdikdən sonra, qarşınıza yeni bir interfeys çıxacaq və yerinizi nə qədər vaxt paylaşmaq istədiyinizi seçəcəksiniz.
  • Bunu WhatsApp mesajı olaraq qarşı tərəfə göndərdiyiniz andan, həmin şəxs sizi izləyə biləcək.

Elşən Abdulkərimov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə