MySpace və Yahoo! mobil portallarını yeniləyəcəklər

19-02-2009 / 08:45

Sosial şəbəkə olan MySpace və Yahoo kompaniyası öz mobil portallarını yeniləyəcəklər. Bu yeniləmələr sayəsində MySpace və Yahoo wap texnologiya vasitəsilə öz istifadəçilərinə daha rahat və əlverişli xidmət etmək niyyətindədirlər,bu haqda IDG News xəbər verir.

Hələlik beta versiyasında sınaqdan keçirilən Yahoo! wap portalınının 2009-cu ilin mart ayında tam istifadəyə veriləcəyi planlaşdırılır. Yahoo! rəsmilərinin verdiyi məlumata görə yenilənmiş portal vasitəsilə istifadəçilər portalda müxtəlif axtarışlar apara,həmçinin Facebook və MySpace kimi sosial şəbəkələrə də qoşula bilərlər.

Yahoo! həmçinin 2009-cu ilin may ayında müxtəlif mobil telefonlar üçün dəstəkləyici funksiyalar təqdim etmək niyyətindədir.Həmin mobil telefonlara iPhone,Java skriptli mobil telefonlar aiddir.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.