Facebook-un Türkiyə üzrə nümayəndəliyinin yeni direktoru təyin edilib.
Xeberler.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, yeni direktor Dərya Özkaya Matraş olub.
Facebook Matraşın Türkiyədə fəaliyyət göstərən brend şirkət və agentliklərdə Facebook-u ən yaxşı formada təmsil edəcəyini, yeni faydalı əməkdaşlıqlar quracağını bildirib.
Facebook-dakı yeni vəzifəsi ilə bağlı olduqca həyəcanlı olan Matraş deyib ki, bu sahədə görəcəyi işlərin sayı çoxdur:
“Bu fəaliyyətə hələ yeni başladım. İşin hələ yalnız 1 faizini görmüşük. Facebook ölkəmizdə çox aktiv istifadə olunur və buna görə də şirkətin təqdim etdiyi xidmətlər şirkətlər və agentliklər tərəfindən maraqla qarşılanacaq. Bu istiqamətdə yeni müştərilərimizlə işləməyi səbirsizliklə gözləyirəm”.
Dərya Matraş Boğaziçi Üniversitetinin Elektrik - Elektronik Mühəndisliyi fakültəsindən məzun olub.
Magistr təhsilini isə Columbia Business School-da tamamlayıb.
O, əvvəllər Oliver Whyman, McKinsey & Company kimi beynəlxalq şirkətlərdə çalışıb.
Facebook-a gəlməzdən əvvəl isə Türkiyə Doğan Holding-də pərakandə, əyləncə və təhsil qrupunun direktor müavini vəzifəsini icra edib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri