Facebook bu gün İnvestor Əlaqələri səhifəsi üzərindən etdiyi rəsmi açıqlama ilə 2016-ci ilin üçüncü rübün maliyyə nəticələrini açıqladı.
Xeberler.az məlumata istinadən bildirir ki, III rübdə ümumi olaraq 7.01 milyard dollarlıq rekord gəlir əldən Facebook yüksəlişini davam etdirib.
Aylıq aktiv istifadəçi sayını 1.79 milyarda yüksəldən Facebook-un aylıq aktiv istifadəçi sayında da hələ də sabit böyümə olması Facebook-un səhmdarlarının üzünü güldürüb.
Facebook təəccüblü rəqəmlərə analitiklərin gözlənitlərini də aşmağı bacarıb.
Belə ki, bir çox analitiklər daha az rəqəmlər gözləyərkən Facebook yenə də artıqlaması ilə yüksəlməyi bacarıb.
Beləliklə II rübdəki 1.57 milyard aylıq mobil aktiv istifadəçi sayı, bu rübdə 5.7 faiz artaraq 1.66 milyon aylıq mobil aktiv istifadəçi sayına çatıb.
Facebook-un qurucusu və CEO-su Mark Zuckerberg məsələ ilə bağlı verdiyi açıqlamada bu rübün onlar üçün uğurlu olduğunu və bundan sonra video məzmunu prioritet olaraq alan və tətbiqlərini buna görə dizayn edərək 10 illik texnologiya yol xəritəsi üzərində çalışdıqlarını açıqlayıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri