Fariz Cəfərov: Azərbaycanda “Apple” səlahiyyətli təlim mərkəzi yaradılacaq

05-03-2025 / 12:23

Ötən il 4SİM “Apple” şirkəti ilə birgə “Apple” səlahiyyətli təlim mərkəzinin yaradılması, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə “Tələbələr üçün ArcGİS” layihəsi, blokçeyn, veb3, kriptoqrafika və kriptovalyuta sahəsində ixtisaslaşmış “Binance” şirkəti ilə “Binance Academy” ilə bağlı əməkdaşlığa start verib.

Xeberler.az məlumat verir ki, bunu qtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına dair hesabat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu proqramlar çərçivəsində müxtəlif təlim sessiyaları keçirilir ki, məqsəd ixtisaslaşmış yerli mütəxəssislərin və təlimçilərin hazırlanmasına töhfə verməkdir.

Fariz Cəfərov bildirib ki, bu il davam etdiriləcək “4Sİ Akademiyası” Milli Proqramı daha çox vətəndaşı və platformada təqdim olunan 8000-dən çox kursu əhatə edəcək: “Hər bir istifadəçi 6 həftə ərzində bu kurslardan yararlana biləcək. Milli Proqram üçün qeydiyyat növbəti həftədən start götürəcək. İştirakçılar üçün yaş və digər məhdudiyyətlər yoxdur”.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə