Previous Next
Bağla

Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

11-09-2024 15:46
Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Binance Investments Co. Ltd.” (Binance) şirkəti Azərbaycanda blokçeyn təhsili və texnologiya tətbiqinin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Xeberler.az məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, sənədi 4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Binance” şirkətinin Regional bazarlar üzrə baş rəhbəri Vişal Saçindran imzalayb.

“Bu tərəfdaşlıq Azərbaycan gənclərini və mütəxəssislərini “Web3”, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etmək istiqamətində mühüm addımdır. Memorandum çərçivəsində “Binance” şirkəti özünün strateji təhsil tərəfdaşı “Blockchain and AI Technology Center Binance” ilə birlikdə Qlobal Universitetlərə Yardım Proqramı (GUOP) çərçivəsində Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq tədris proqramlarının hazırlanması, sənaye mütəxəssislərinin mühazirələri və müəllimlər üçün birgə seminarların təşkili kimi fəaliyyətləri əhatə edir. Bundan əlavə, “Binance” akademiyası blokçeyn, NFT və metavers kimi mövzuları əhatə edən akkreditə olunmuş onlayn kurslar təklif edəcək. Kurslar Azərbaycan və ingilis dillərində olacaq”, - deyə qurumun məlumatında bildirilir.

“Binance” şirkətinin Regional bazarlar üzrə baş rəhbəri Vişal Saçindran bildirib ki, bu tərəfdaşlıq ölkədə təhsil və sənayenin inkişafına sadiqliklərini nümayiş etdirir: “Biz birlikdə blokçeyn və rəqəmsal aktivlərdə innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələri və mütəxəssisləri rəqəmsal iqtisadiyyat üçün lazım olan bacarıqlarla təmin etməkdir. “Web3” və “blockchain” texnologiyasında öyrənmə və innovasiya üçün dəyərli imkanlar təmin edərək Azərbaycanda maarifləndirmə və blokçeyn təşəbbüslərini inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb

11-09-2024

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14-04-2025

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib

24-02-2026

Fariz Cəfərov: Azərbaycanda “Apple” səlahiyyətli təlim mərkəzi yaradılacaq

05-03-2025

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

27-10-2025

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025

“Blokçeyn Təlim Mərkəzi”ndə “CryptoA2Z” təlim proqramı keçirilib

28-04-2025

Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellektin böyük dil modellərinin tətbiqi üzərində işləyir

10-09-2024

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına kriptovalyutalarla bağlı təlim keçirilib

05-07-2023

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025

Universitetlər Blockchain təhsili verəcək

09-07-2018

Azərbaycanın ilk blokçeyn hackathon yarışması keçiriləcək

27-02-2019

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

4SİM və “Linkedin” əməkdaşlıq imkanlarını müzakirə edib

24-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə