Farmville oyunu Türkiyədə qadağan edildi

06-10-2009 / 19:27

Facebook üzərindən oynanılan məşhur oyunlardan biri olan Farmville-yə oktyabrın 3-dən etibarən Türkiyədə qadağa qoyulub.

Facebooka girib oyunu oynamaq istəyənlər belə bir yazı ilə qarşılaşırlar: “5651 saylı qanuna uyğun olaraq kataloq cinayətlər daxilində edilən texniki araşdırma və hüquqi qiymətləndirmə nəticəsində, bu internet saytı (zynga.com) haqqında Telekommunikasiya Rabitə İdarəsi 02/10/2009 tarix və 421.02.02.2009-272446 qərarı ilə lazımınca ADMİNİSTRATİV TƏDBİR tətbiq olunmaqdadır”.

Qeyd edək ki, Farmville, Facebook üzərindən də oynanılan bir cütçülük oyunudur. Buğda əkmək, yetişdirmək və biçmək, heyvan saxlayıb böyütmək bal qazandırır və bu ballar da səviyyə keçməyə kömək edir. Farmville eyni zamanda bir dekorasiya oyunudur. Oyunçular ən gözəl cütlüyü yaratmağa çalışarlar və fermalarının fotoşəkillərini Facebook üzərindən paylaşarlar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə