Facebook Messenger-ə oyunlar gəlir

11-06-2015 / 17:55

Messenger üçün inkişaf etdirilən ilk mobil oyun məlum olub.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Facebook-un Messenger-ı bir platforma halına gətirməsindən sonra gözlənilən yeniliklərdən biri də oyunların platformaya əlavə olunması idi.

Messenger platforması üçün inkişaf etdirilən ilk oyunun Doodle Draw for Messenger olduğunu təsbit edən TechCrunch saytı yeniliyin Facebook tərəfindən də təsdiqləndiyini bildirir.

Oyun Android və iOS əməliyyat sistemli cihazlara yüklənilə bilir. Doodle Draw for Messenger tipik rəsm çəkmək oyunları kimi iki şəxs tərəfindən qarşılıqlı oynanılan oyundur. Doodle Draw nümunəsində istifadəçilər məhdud bir rəng variantıyla oyuna başlayır və yığdıqları ballarla şəkillərində istifadə etmək üçün əlavə rənglər ala bilir. Dostlarınızı dəvət edərək qazandığınız balların pulla satılması böyük ehtimaldır, ancaq bir mənfi cəhəti də özü ilə birgə gətirir. Çünki bir çox insanın şikayət etdiyi oyun istəklərinin Messenger-ı zəbt etməsi istifadəçiləri yalnız oyunlardan deyil, Messenger-dan belə uzaqlaşdıra bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə