Previous Next
Bağla

Fərdi kompüterlərin satışı azalır

30-05-2015 11:15
Fərdi kompüterlərin satışı azalır

2015-ci ildə dünyada fərdi kompüterlərin tədarükü 2014-cü illə müqayisədə 6,2 faiz azalaraq 289 milyon ədəd təşkil edəcək. Bu barədə “IDC” analitik şirkətinin məlumatında deyilir.

Xəbərlər-in RYTN-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, fərdi kompüterlər bazarının həcmi 2012-ci ildən durmadan azalır. Bu il mənfi dinamika “Windows 10” əməliyyat sisteminin çıxmasına baxmayaraq saxlanılacaq. Lakin digər  analitik şirkət - “Gartner” 2015-ci ildə bazarda 1 faizlik artım proqnozlaşdırır.

“Windows 10”-dək pulsuz yenilənmə imkanının olması istehlak seqmentində yeni fərdi kompüterlərə tələbatı azaldacaq. Öz növbəsində korporativ sifarişçilərə sistemin tətbiqinə başlamazdan əvvəl "Windows 10”-un öyrənilməsi üçün vaxt lazım olacaq.

Fərdi kompüterlərin yenilənməsinə ehtiyacın olmaması həmçinin onunla əlaqədardır ki, "Windows 10”-un sistem tələbləri "Windows 8”-in tələbləri ilə oxşardır.

“IDC” nümayəndələri qeyd edir ki, 2015-ci ilin sonunda da bazarda vəziyyət ürəkaçan olmayacaq. İstehlakçılar pullarını yeni kompüterlərə yox, mobil qurğulara - smartfon, planşet və daşınan qurğulara xərcləyəcək.

Dünyada tələbata, xüsusilə istehlak seqmentinə dolların məzənnəsinin bahalaşması və xammal qiymətinin ucuz olması da mənfi təsir göstərəcək.

Şirkətin qiymətləndirməsinə görə, 2015-ci ildə dünya bazarına 167,2 milyon mobil kompüter və 121,8 milyon fərdi kompüter tədarük ediləcək. Mobil kompüterlər bazarda miqdar ifadəsində 57,9 faiz, fərdi kompüterlər 42,1 faiz paya sahib olacaq. Bu il iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin fərdi kompüterlərin ümumi tədarükündə payı 53,3 faiz, inkişaf etmiş ölkələrin 46,7 faiz təşkil edəcək.

“IDC”-nin proqnozuna görə, 2016-cı ildə dünya fərdi kompüterlər bazarında vəziyyət stabilləşəcək və bundan sonra bir neçə il cüzi artım olacaq. 2015-2019-cu illərdə bazarın say ifadəsində illik orta artımı 0,4 faiz təşkil edəcək. Bununla yanaşı, fərdi kompüterlərin tədarükü ildə 0,6 faiz aşağı düşəcək, mobil fərdi kompüterlərin illik tədarükü 1,2 faiz yüksələcək.

Əlavə edək ki, “IDC”-nin məlumatına görə, 2014-cü ildə dünya bazarına fərdi kompüterlərin tədarükü 2,1 faiz, “Gartner”-in məlumatına görə, 0,2 faiz azalıb.

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fərdi kompüterlərin satışı azalıb

10-07-2015

Fərdi kompüterlərin satışı azalıb

12-07-2015

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Fərdi kompüterlərin satışı azalıb

14-01-2016

“Windows 10 fərdi kompüterlərin satışını artırmağa kömək etməyəcək”

09-07-2015

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

Bu il kompüterlər 10 faiz bahalaşacaq

30-04-2015

Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

10-09-2019

Azərbaycanda noutbuk satışı artıb

20-09-2017

“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

24-02-2015

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015

Azərbaycanda noutbukların qiyməti artıb

29-05-2017

Şirkətlər fərdi kompüterdən istifadəyə üstünlük verir

30-09-2015

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015

Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

01-09-2016

Daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

10-07-2015

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə