Previous Next
Bağla

Daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

10-07-2015 17:46
Daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

BI Intelligence şirkəti yaxın gələcəkdə daşınan elektronikanın populyarlığının artacağını proqnozlaşdırır.

Xəbərlər-in RYTN-nin saytına istinadən verdiyi məlumata görə, şirkət mütəxəssislərinin qiymətləndirməsinə görə, növbəti beş ildə bədəndə daşınan qurğular bazarının həcmi orta hesabla ildə 35 faiz artacaq. 2015-ci ildə qurğuların tədarükü 33 milyon ədədə çatacaq, 2019-cu ildə 148 milyonadək artacaq.

Bildirilir ki, bazarda ən böyük kateqoriya ağıllı saatlar olmaqla Apple Watch liderlik edəcək. Ekspertlərin proqnozuna görə, 2015-ci ildə smart saatların daşınan elektronikanın ümumi tədarük həcmində payı 59 faiz təşkil edəcək, 2019-cu ildə 70 faizədək yüksələcək. Bu halda Apple Watch cari ildə kompüterləşmiş saatlar bazarının 40 faizini, 2017-ci ildə 48 faizini tuta bilər. Həmçinin qeyd olunur ki, ağıllı saatların tədarükü yaxın beş ildə ümumilikdə ildə 41 faiz artacaq.

Şirkət mütəxəssisləri həmçinin daşınan qurğuların tətbiqinə mane olan amillər qeyd ediblər. Onların fikrincə, “smart” saatların kütləvi şəkildə yayılması üçün onlar tam müstəqil kompüterləşmiş qurğuya çevrilməlidir. Bundan başqa, istehsalçılar saatların displeylərini və ümumilikdə qurğuların dizaynını tamamlamalı, batareyanın iş müddətini yaxşılaşdırmalı və onlar üçün çoxlu əlavələr yaratmalıdırlar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınan elektronikanın tədarükü artacaq

15-09-2015

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015

Apple daşınan elektronika bazarında ikinci yeri tutub

01-09-2015

Smartfonların satışı azalacaq

09-09-2015

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

Fərdi kompüterlərin satışı azalır

30-05-2015

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015

Daşınan qurğular ilə ödənişlərin illik həcmi artacaq

28-08-2015

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

Daşınan qurğuların satışı 200 faiz artıb

06-06-2015

Planşetlərin tədarükü azalacaq

27-08-2015

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015

Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

01-09-2016

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015

SİM kartların qlobal tədarük həcmi 5.4 milyarda çatacaq

22-12-2015

Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Dünyada televizorların tədarükü 3 faiz artıb

06-05-2015

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

4K televizorların tədarükü artacaq

30-07-2015

Ultra HD televizorların satışı artacaq

16-09-2015

“4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

21-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə