Previous Next
Bağla

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015 15:33
Daşınan elektronika bazarında üçqat artım gözlənilir

International Data Corporation (IDC) analitik şirkəti dünya daşınan elektronika bazarı üzrə proqnozu artıraraq kənar əlavələrin quraşdırılmasını tələb edən “ağıllı” qurğulara yüksək tələbata düzəlişlər edib.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki,  DC Worldwide Quarterly Wearable Device Tracker hesabatına görə, 2015-ci ildə daşınan qurğuların qlobal miqyasda tədarükü ötən ilin göstəricisinə nisbətdə 173,3 faiz artaraq 72,1 milyon ədədə çatacaq. Apreldə ekspertlər bazarda 45,7 milyon ədədədək artımın olacağını proqnozlaşdırıblar.

IDC mütəxəssisləri proqnozun artırılması səbəbini izah etməsələr də, Apple Watch və Microsoft Hololens kimi “ağıllı” aparatlara tələbatın artmasını qeyd ediblər. 2014-cü ildə 4,2 milyon belə qurğu buraxılmışdısa, 2005-ci ildə bu göstəricinin 33,1 milyona çatacağı bildirilir. Beləliklə, bu seqmentin həcmi təxminən səkkiz dəfə arta bilər.

Analitiklərin proqnozuna görə, yaxın beş ildə “ağıllı” kompüterləşmiş qurğuların tədarük həcminin illik artımı 84,1 faiz yüksələrək 2019-cu ildə 89,4 milyon ədəd təşkil edəcək.

IDC  “smart” qurğularla yanaşı, əlavə proqram təminatının yüklənməsini tələb etməyən baza aparatlar sinfini sadalayıb. Belə elektronikaya ilk növbədə Fitbit, Xiaomi və s. şirkətlərin istehsal etdiyi fitnes treker və qolbaqlar aiddir. Bu brendlər qiyməti 100 dollaradək olan qolbaqlar sayəsində bazarda artımın olmasına zəmin yaradıb.  

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə baza daşınan elektronikanın tədarükü ötən illə müqayisədə 76 faiz yüksələrək 39 milyon ədəd təşkil edəcək. Bu seqmentin ortaillik artım tempinin yaxın beş ildə 24,5 faiz olacağı proqnozlaşdırılır.

Xeberler.az

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

Daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

10-07-2015
Apple daşınan elektronika bazarında ikinci yeri tutub

Apple daşınan elektronika bazarında ikinci yeri tutub

01-09-2015
Daşınan qurğuların satışı 200 faiz artıb

Daşınan qurğuların satışı 200 faiz artıb

06-06-2015
Fərdi kompüterlərin satışı azalır

Fərdi kompüterlərin satışı azalır

30-05-2015
Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016
Daşınan elektronikanın tədarükü artacaq

Daşınan elektronikanın tədarükü artacaq

15-09-2015
Smartfonların satışı azalacaq

Smartfonların satışı azalacaq

09-09-2015
“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015
2015-ci ildə 2 milyard mobil telefon satılacaq

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015
Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017
Planşetlərin tədarükü azalacaq

Planşetlərin tədarükü azalacaq

27-08-2015
Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015
Fərdi kompüterlərin satışı azalıb

Fərdi kompüterlərin satışı azalıb

10-07-2015
Kompüter elektronikasının tədarükü artacaq

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015
Dünyada ən çox tələbat olan elektron qurğular smartfonlardır

Dünyada ən çox tələbat olan elektron qurğular smartfonlardır

28-04-2015
Planşetlər bazarında azalma gedir

Planşetlər bazarında azalma gedir

30-04-2015
Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019
Dünyada planşetlərin tədarükü azalacaq

Dünyada planşetlərin tədarükü azalacaq

26-02-2015
2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015
2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011
Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016
TV panellərin tədarükü 201 milyonu ötüb

TV panellərin tədarükü 201 milyonu ötüb

22-10-2015
Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015
Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

Qlobal planşet bazarında rekord azalma qeydə alınacaq

01-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə