Previous Next
Bağla

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017 15:44
Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

Gartner analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları (İT) məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollaradək artacağını proqnozlaşdırır.

Bu, 2016-cı ilin göstəricisindən 2,7 faiz çoxdur. Bundan əvvəl isə analitiklər bazarda 3 faiz artım olacağı ilə bağlı proqnoz vermişdilər.

Xeberler.az  RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, 2017-ci ildə bir sıra yeni texnologiyaların, o cümlədən bulud hesablamaları, Blockchain, rəqəmli biznes və süni intellektin birgə inkişafı sayəsində artımın olacağı gözlənilsə də, dünya bazarlarında siyasi sabitliyə əminliyin olmaması alıcıları investisiyaları təxirə salmağa məcbur edir.

Bu il qurğuların (fərdi kompüter, planşet, ultramobil kompüter və mobil telefonlar) satışı 2016-cı ildəki 589 milyard dollarlıq səviyyədə qalacaq. 2018-ci ildə artım fərdi kompüterlərin növbəti yenilənməsi və əlverişli qiymətli ultramobil kompüterlərin funksionallığı artırılmaqla dəstəklənəcək.

Hesabata görə, İT xidmətləri bazarında 4,2 faiz artım proqnozlaşdırılır. Artım üçün stimul kimi rəqəmli biznesə və intellektual avtomatlaşdırmaya, eləcə də servis və innovasiyaların optimallaşdırılmasına investisiyalar çıxış edir, lakin alıcılar iqtisadiyyatda problemlərə görə ehtiyatlı davranırlar.  

Analitiklərin fikrincə, 2017-ci ildə müxtəlif seqmentlərin artım tempi əvvəlki illərdən daha çox fərqlənir. Məsələn, serverlər seqmentində Microsoft, Google, Amazon və s. kimi aparıcı şirkətlər tərəfindən “bulud” məlumat emalı mərkəzlərinin genişləndirilməsi sayəsində 5,6 faiz artım olacağı gözlənilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

İKT bazarında 3,7 faiz artım proqnozlaşdırılır

25-06-2018

İT bazarında sürətli artım gözlənilir

14-11-2017

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

Fərdi kompüterlərin satışı azalır

30-05-2015

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019

“Windows 10 fərdi kompüterlərin satışını artırmağa kömək etməyəcək”

09-07-2015

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015

Bu il kompüterlər 10 faiz bahalaşacaq

30-04-2015

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

19-10-2018

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

12-01-2017

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə